Bakıda daha bir yol təmirə bağlandı

Təmir işləri ilə əlaqədar paytaxtın daha bir küçəsində hərəkət tam məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SalamNews-a verilən məlumata görə, paytaxtın Şəmsi Bədəlbəyli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsinə qədər olan hissədə gedən təmir işləri ilə əlaqədar yol bağlıdır.

Sürücülərə alternativ yol kimi Mirzəağa Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar