Azərbaycan millisi qrup qalibi olub

Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Avropa zonasının Bakıda keçirilən III qrupunun oyunlarına yekun vurulub.

APA-nın məlumatına görə, son oyun günü autsayderlərin matçı ilə başlayıb.

Elit-raund şansını itirənlərin duelində Monteneqro Moldova ilə qarşılaşıb. Balkanlılar 4:3 hesablı qələbə qazanıblar.

Növbəti mərhələyə vəsiqəni təmin edən Azərbaycan və Slovakiya milliləri isə qrup qalibi adı üçün mübarizə aparıblar. Matçın taleyi ikinci hissədə həll olunub.

Əvvəlki iki görüşdəki qolları ilə yığmamızın qələbələrində pay sahibi olan Bolinya 30-cu dəqiqədə hesabı açıb. Ardınca Vassoura fərqi iki topa çatdırıb. Bu, yığmamıza ardıcıl 3-cü qələbə və qrup qalibi adı qazandırıb.

Qeyd edək ki, millimiz bunadək Moldovanı 3:1, Monteneqronu 3:2 hesabı ilə məğlub edib.

III tur

26 oktyabr

Monteneqro – Moldova – 4:3

Slovakiya – Azərbaycan – 0:2

Bolinya, 30, Vassoura, 35

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar