“Qırmızı Kitab”a salınmış nadir quş Lənkəranda tapıldı - VİDEO

Lənkəran sakini dəniz kənarında yaralanmış halda olan nadir dovdaq quşunu xilas edib. Boyun nahiyəsindən yaralı olduğu ehtimal edilən quş aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Nadir quş növünü qarğaların hücumunda qoruyan şəxs onu aidiyyatı qurumlara təhvil verib. Maraqlı hadisə Lənkəranda baş verib...

Lənkəranın şəhər sakini Elvin Quluzadə axşam saatlarında dəniz kənarında gəzərkən səmada 20 -ə yaxın qarğanın bir quşu qovduğunu görüb. Bir necə dəqiqə göydə uçan quş qarğalar tərəfindən vurulub və yaralanaraq yerə düşüb. Elvin Quluzadə dərhal quşun düşdüyü əraziyə tərəf gedib və hələ də qarğaların hücumuna məruz qalan quşu onları qovmaqla xilas edib.

Elvin Quluzadə quşun ayağında üç möhürlənmiş nömrəli yarlıq gördüyü üçün dərhal aidiyyatı yerlərə quşla bağlı məlumat verib. Quşu təhvil almaq üçün Qızılağac Milli Parkının əməkdaşlar ilə yanaşı Ekalogiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları da dəvət olunub. Onlar quşa baxış keçirdikdən sonra müəyyən edilib ki, bu quş adı dünyanın, o cümlədən də Azərbaycan Qırmızı Kitabına düşmüş nadir quşlardan hesab edilən Dovdaq quşudur.

Dovdaq quşu ərazidən ekaloq Abbas Abbasov tərəfindən götürülüb və müayinə edilməkdənötrü Qızılağac Milli Parkına aparılıb.

Qeyd edək ki, qış aylarında qışlama üçün ölkə ərazisində olan su hövzələrinəköç edən nadirDovdaq quşularının əsas məskəni Qazaxıstan Respublikası sayılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar