YAŞLILARIN “MÜQAVIMƏT HƏRƏKATI” - Üzmək və "aktivlik" deputat olmaq üçün kifayətmiş...

Hakim komandada təmsil olunan bir qrupun islahatlara, yaşlı nəslin gənc kadrlarla əvəz olunması prosesinə müqavimət göstərəcəyi gözlənilən idi. Biriləri bu işi altdan-altdan, gizli şəkildə etməyə çalışsa da, açıq şəkildə “getmirəm” deyənlər də tapılır.

Əlbəttə ki, kiminsə sırf yaşlandığına görə gözdən salınması, yaxud savadının, təcrübəsinin və bacarığının sual altına alınması doğru olmaz. Hələ hansısa kadrın gənc olması, yaxud ingilis dilini bilməsi onun işinin öhdəsindən keyfiyyətlə gələcəyinə zəmanət vermir.

Təbii ki, özü gənc olmasına baxmayaraq, düşüncəsi, təfəkkürü və işə yanaşması naftalin iyi verən kadrlar da az deyil. Yeri gəlmişkən, belələri deputatların da arasında kifayət qədərdir. Bu baxımdan  Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, 25 ildir deputat olan 78 yaşlı Arif Rəhimzadənin son müsahibəsində gələn il keçiriləcək parlament seçkisində iştirak edəcəyini açıqlaması təbii qarşılanmalıdır.

Axı doğrudan da, misal üçün 36 yaşlı deputat Naqif Həmzəyevin nəyi müasirlik, düşüncə, proseslərə baxış açısından 78 yaşlı Arif Rəhimzadədən üstündür? Bəlkə də A.Rəhimzadə yeri gələndə gənc həmkarından daha müasir və proqressiv düşüncəyə malikdir...

Digər tərəfdən A.Rəhimzadə həmin müsahibəsində deyir ki, tam sağlamdır, həftədə üç dəfə üzür, yaddaşı da yerindədir. Bir sözlə, kişi deyir “yaşın nə fərqi var ki?”.

Bu baxımdan ahıl yaşlarına çatan deputatın müsahibəsindəki fikilərin əksəriyyəti ilə razılaşmamaq olmur. Doğrudan da, əgər növbəti parlament də əvvəlki “üsullarla” formalaşacaqsa, Milli Məclis yenə hökumətin notariusu rolunu oynayacaqsa, orada oturacaq şəxslərin 78, yoxsa 28 yaşının olmasının heç bir fərqi yoxdur.

Ancaq Rəhimzadənin müsahibəsindəki bir məqama etiraz etməmək olmur. Yaşı 70-i keçən deputatların yenidən seçilməsi məsələsinə toxunan Rəhimzadə deyir: “Səhhəti ona imkan verirsə, dairədə nüfuzu varsa, partiya tərəfindən dəstəklənirsə, işləmək qabiliyyətinə malikdirsə, əlbəttə, iştirak edəcək...” Gərək hörmətli Arif müəllim “dairədə nüfuzu varsa” fikrini o araya salmayaydı. Çünki deputatların böyük hissəsinin nəinki dairədə, ümumilikdə ölkədə nüfuzunun olması bir qədər mübahisəli məsələdir.

Misal üçün 1991-ci il oktyabrın 18-də, kifayət qədər mürəkkəb və cəsarət tələb edən dövrdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının ƏLEYHİNƏ SƏS VERƏN bir şəxsin dairədə, yaxud ölkədə nüfuzu ola bilərmi?  

Ya da “Azərbaycan dövlətini sovet hökuməti qurub” deyən və bununla da müstəqillik ideyası uğrunda canından, ailəsindən, hətta vətənindən məhrum olan TARİXİ ŞƏXSİYYƏTLƏRİ TƏHQİR EDƏN deputat mandatı daşıyan BİRİ hansı NÜFUZDAN danışa bilər?

 Rusiya mətbuatına “biz türk deyilik, türklər tamam ayrı millətdir” deyə müsahibə verən, TÜRKÇÜLÜYƏ QARŞI mənfi münasibətini gizlətməyən adamın xalq arasında nüfuzu ola bilərmi? Bu sualları çoxaltmaq da olar...

Ancaq ümumilikdə A.Rəhimzadənin hakimiyyətdə getməli olan islahatlara dair anlayışı qüsurludur. Çünki gerçək islahat üzgüçülük, sağlamlıq və s. bu kimi primitiv göstəricilər yox, yeni təfəkkür, proseslərə yeni, MÜASİR BAXIŞ və yanaşma, müstəqil, MƏDDAHLIQDAN UZAQ düşüncə tələb edir. Yəni o şeylər ki, parlamentin indiki tərkibinin böyük hissəsində yoxdur və olmayacaq da...   

Eyni fikirləri Hadı Rəcəbliyə də aid etmək olar. Adam bir millət vəkilinin ən başlıca keyfiyyətini fəallıqda görür, deyir ki, yaşının 72 olmasına baxmayaraq aktivdir və məmnuniyyətlə növbəti dəfə seçilməyə hazırdır. Ancaq H.Rəcəblidən soruşan lazımdır ki, kimə lazımdır onun göstərdiyi “aktivlik, fəallıq”?

Özü milyonlara sahib ola-ola müəllimləri fəhləliyə dəvət edən, pensiya yaşının artırılmasından tutmuş “uşaq pulunun” təyinatına qədər əksər sosial məsələlərlə bağlı aztəminatlı əhalinin maraqlarına zidd mövqe tutan, insanlarda qıcıq və ikrah yaradan açıqlamalar verən bir “aktivlik” kimə lazımdır axı? Normal, ağlı başında olan vətəndaş belələrinə səs verərmi...?

Bir sözlə, istər Rəhimzadə olsun, istər Rəcəbli, istərsə də bu qəbildən olan digər deputatları birləşdirən ümumi “dəyərlər” göz önündədir. Əgər növbəti parlament seçkisində də istifadə müddəti çoxdan keçən təfəkkür qalib gələcəksə və Milli Məclisdə belə təfəkkür daşıyıcıları, yaxud onların gənc “dublikatları” oturdulacaqsa, onda vay bu islahatların halına...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

oxucu 2019-10-27 15:11:15

Astan Şahverdiyev də deyirdi aktivəm.

vetendash 2019-10-27 15:11:15

Hadi Recebli, Arif Rehimzade ve kurd milletchisi kimi danışan Naqif Hemzeyev(Məhəmməd Əmin Rəsulzadəye QARSHI DUSHMEN MOVQEDE tebliqat aparir), bunlar AZERBAYCANƏN xeyrinə heç bir iş görməyiblər...KİM MİLLƏTƏ DÜŞMƏNDİR HOKMEN CEZALASINI ALACAQLAR,....

savalan 2019-10-27 15:11:15

Bir həyanız olsun da!!!... Çıxıb c gedin də...

Dədə Qorqud 2019-10-27 15:11:15

Məmmədyarov Elmar da okeanı ayda bir defe üzüb -keçir... müavinləri də xəzəri bölür, Qarabağı geri alır, sərhəd razborkalarını həll edirlər, avropaya inyeqrasiya edirlər və sair....

AAgahuseyn 2019-10-27 15:11:15

ƏZİZLƏRİM Deputat üzmək,qacmaq,usaq doqmaq,təqaüdün başına daş salmaq,100-lərlə obyektə sahib olmaq,imkansızın torpaqın almaq evin sökmək,qanunsuz əməllərə qulluq etmək,korrupsiyaya bulaşmaq və özünü SECİCİNİN YANINDA YEKƏXANA APARMAQ ücün deyil QANUN LAHİYƏSİ HAZIRLAMAQ,QANUNUN İNSAN TƏMİNATINA XİDMƏT ETMƏSİNƏ VƏ DİĞƏR MƏSƏLƏLƏR ÜCÜNDÜR.Qanunu minib AT əvəzinə sürmək ücün secməmişik.VAY SİZİN HALINIZA RƏSUL DEMİŞKƏN AY BƏDBAXTLAR.

sespel 2019-10-27 15:11:15

Birincisi "seçki" sözü özü bizə yaddır,İKİNCİSİ bizim nəyimiz müstəqildir,üçüncüsüdəki xalq kimdir,kim xalqla hesablaşır axı? Ağamız Kərim bünövrəsini qoyduğu yerdən göstəriş verəcəkcə,o da bizə quran ayəsi kimi qəbul olunacaq.Yoxsa düşmüsünüz Arif belə getdi,Hadı bu yana getdi,Xahiş edirəm qurtarın bu sərsəm sözlərdən.

dadaşyev 2019-10-27 15:11:15

Yəni kim özünü hansı millətdən bilirsə,o millətdəndir.Bu barədə mübahisə mənasızdır,çünki nəticə etibarıyla ayrılıqda hər bir fərdin şəxsi məsələsidir.Amma dövlətin müstəqilliyinə qarşı çıxanların o müstəqil dövlətin Ali Məclisində,Ali Qanunverici orqanında,hakimiyyətin üç qolundan birisində təmsil olunması,həm də on illərlə təmsil olunması dastanlara sığmayan əcaib paradoksdur.Hətta təyin olunubsa belə əqidəsi saf olan prinsipial adam özü bunu qəbul etməməlidir,deməlidir ki,bu iş əqidəmə uyğun deyil

Ehtiyatda olan deputat 2019-10-27 15:11:15

Hə ... ... bəsdir də .... Sən arifə və hadıya sualım var.SUAL? "Uzun illər DEPUTAT olduğunuz dövürlərdə vətənə.millətə,bölgələrə nə yapmısınız? Hansı xeyirli işlər görmüsünüz?" Əksinə DEPUTAT statusundan istifadə edərək milyardlara sahib oldunuz.Allahdan qorxun.Elə bilirsiz sən arif və hadı illərlə yığdıqlarınızı hala sizlər ya da arvad,oğul,qızlar,nəvə və nəsliniz halal yeyə biləcəksiniz? HEÇ VAXT! Allah sizlərə elə bəa göndərəcək ki,hamısını qusaca

Bashirov Qarib 2019-10-27 15:11:15

Cəlal muəllim,yaxşı yazıdır. Zatən, sizin yazılarınız həmişə obyektiv və aktual olur. Amma, bu deputatların niyyətlərinin muqavimət hərəkatı adlandırmagınızı dogru hesab etmədim.Bunlar nəyə muqavimət göstərəcəklər ki. Bunları ora seçən adama necə muqavimət gostərə bilərlər.Onlardan qat-qat agır fiqurları yerindən oynadan fövqəl gucə bunlar muqavimət göstərsələr nəticəsi bəllidir.Adamın ciyərini sökərlər. Yox bir, muqavimət hərəkatı.

Arif 2019-10-27 15:11:15

Rəhimzadə 1990-cı ilin Yanvarın 22 və ya 23-də idarələrdən partkomları Mərkəzi Komitəyə çağırıb "təlimat"verirdi ki, əhalini sakitləşdirin, ruslar bizi ekstremistlərdən qorumağa gəliblər. Özüm orda olmuşam. Hadı da...Sosial komitənin yox, Anti Sosial komitənin rəhbəridir.

Veteran 2019-10-27 15:11:15

Arif muellimin isteyi bawa duwulendir. Hovuzda batana kimi deputat olmaq isteyir

dadaşyev 2019-10-27 15:11:15

Yenə heç olmasa Rəhimzadə üzmək məsələsini qabardıb,bu birisi deyir aktivəm.Ayıbdu ee,a kişi,bunun deputatlıqnan nə əlaqəsi var?Necə yəni aktivəm?...Aktiv olub nağayrasısan orda?İndiyə kimi nağarmısan ki,gələn ildən sonra nağayrasan.Hələ aktivsən bu gündəsən...

Son yazılar