MƏNİM TANIDIĞIM MİKAYIL CABBAROV... - Etibar Əliyevin yazısı

Etibar Əliyev

təhsil eksperti,

fəlsəfə doktoru

İndi elə zamandır ki, məmurların yaxşı əməllərinə rast gəlmək, müsbət fəaliyyətindən danışmaq çətindir. Amma yaxşını da, pisi də hökmən söyləməlisən ki, sonra kimsə bəhanə edib, “mənlik nə vardı axı, nəyi tələb edirdilər, onu da edirdim” deyə yaxasını qırağa çəkməsin. Ciddi dəyişiklər siyasi iradə tələb edir, bəli, amma şəxsi xidmətlər də həmişə mümkündür.

Mikayıl Cabbarovu təhsil naziri olandan sonra tanımışam. Açığı heç yaxşı gözləntim də yox idi. Amma qocaman, təhsillə ömür sürmüş, professor titullu naziri də görmüşdüm. Həm də necə görmüşdüm – hər şeyi hamının gözü qarşısında darmadağın etmişdi. Hələ “qırmızılıqla” hər şeyi üzərindən atmışdı ki, neyləmək olar, müəllim 200 manat maaş alır. Özü isə zənginin zəngini olmuş, köhnədən qalanı da uçurub dağıtmışdı.

Mikayıl müəllimin təyinatına qədər təhsildə tam tənəzzül idi. Yeni təyin olunmuş nazirin qarşısında iki vəzifə dururdu: tənəzzülü dayandırmaq və inkişafa nail olmaq. Orta təhsildə məzmundan tutmuş müəllim hazırlığına qədər ciddi problemlər mövcud idi. Məktəbdəki neqativ hallar məktəb mühitini aşılamışdı. Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında qarşıdurma dərsliklərin yazılmasından tutmuş, şagird və abituriyent biliklərinin qiymətləndirilməsinə qədər öz təsirini göstərmişdi. Ali məktəb rektorlarının səriştəsiz və səbatsız fəaliyyəti ciddi fəsadlar yaratmışdı. Universitetlər rüşvətxorluqdan boğulurdu. Elmi məqalələrin çapı üçün Beynəlxalq platforma belə tapılmamışdı. Məktəbi saxta diplomlu müəllimlər bürümüşdü, peşə təhsili məktəblərinin durumu acınacaqlı idi. Kolleclər yalnız sessiya vaxtı yada salınırdı.

M. Cabbarov vəziyyəti dəyişməyi bacardı. Yaxın zamanda ən azı tənəzzül durduruldu...

Məsələn, götürək fənn olimpiadalarını. Alver yox edildi, olimpiada hərəkatı bərpa edildi, bu sahədə nizamsızlıq və sistemsizlik təmayüllü məktəblərdə Olimpiada mərkəzlərinin yaradılması və təmiz qiymətləndirmə ilə əvəzləndi. Bizim uşaqlar bilik yarışmalarında uğur qazanmağa başladılar.

Saxta diplomla müəllim işləyən 2000-dən çox müəllim məktəbdən çıxarıldı.

Müəllimlərin və məktəb direktorlarının işə qəbulu imtahan yolu ilə həyata keçirilməyə başlandı. Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsinin əsası qoyuldu

Ali məktəblərdəki rektor təyinatları sayəsində qısa zaman kəsiyində neqativ halların kifayət qədər aradan qaldırıldığı ali məktəblər görməyə başladıq.

Azərbaycanın Təhsil Nazirliyi ilə "Thomson Reuters" şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalandı.

Peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması və idarəetmənin təkmilləşdirilməsi üçün “Peşə təhsili agentliyi” yaradıldı. Təhsilin bu mühüm pilləsinin inkişaf etdiyi dövlətlərlə müqavilələr imzalandı.

Təhsildə ən ciddi nöqsanların yol verildiyi sahələrdən biri tələbə köçürmələri idi. Yox edildimi? Bu proses liberallaşdırıldı- elektron sistem vasitəsilə həyata keçirildi.

Dərsliklərin yazılmasında inhisiharçılğın qarşısı alındı. Dərsliklərin elektron müzakirəsinə start verildi.

Bütün bunlarla yanaşı təhsildə mədəni mühit bərqərar olunmağa başladı.

Qeyri - hökumət təşkilatları, ictimaiyyətin nümayəndələri ilə əməkdaşlığın nümunələri yaradıldı.

Bəzən Mikayıl müəllimlə fikirlərimiz üst-üstə düşməyib. Onu mətbuatda tənqid etmişik. Lakin Mikayıl müəllim zərrə qədər inciklik nümayiş etdirməyib, əksinə polemika mühiti yaradıb. Bu ictimai mənafeni şəxsi mənafedən üstün tutmağın ən gözəl nümunəsidir. Elə onun fəaliyyətinin insanlar tərəfindən yüksək qiymətləndirilməsinin əsas səbəblərindən biri ictimai mənafe daşıyıcısı olmasıdır.

O, müasir idarəçilik təfəkkürü, yaradıcı potensialı olan və insanlara münasibəti ilə işi sona qədər yerinə yetirməyi bacaran şəxsiyyətdir.

İnanıram ki, o, başqa sahələrdə də mümkün olanların hamısını və bir az da artığını etmək istəyən nazirdir. Təkcə təhsil sahəsində, düşüncəmə görə ən ağır sahədə Mikayıl Cabbarovun qısa vaxt ərzində həyat keçirdiyi yüksək işlərin bir hissəsini qeyd etməyi özümə borc bildim. Bütün nazirlər və məmurlar nümunə götürsünlər!

635x100

Şərhlər

Dadaşova 2019-10-27 14:44:59

Sumqayıt uiversitetinə yeni daxil oln tələbələrə atıq hər zaçot və imyahanların rüşvət norması deyilib.Boş-boş təriflərlə insaları aldatmayın.Təhsil müəssisələri alver meydanıdır. BU məsələ getdikcə vüsət alır.Digər universitetlər isə heç də Sumqayıtdan geri qalmır.Guya Cabbarov nazir olanda Təhsildə nə isə ( rüşvətdən başqa ) düzəlib?Cəfəngiyat yazmısan. Məleykənin alver yuvası mühafizə edilir.

İ.İmamov-Şəki 2019-10-27 14:44:59

Mikayıl müəllim dövlətini və xalqını qəlbən sevən dəyərli nazirlərdən biridir. Yeganə nazirdir ki, öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğruldub və vergilərin toplanmasını qanuni qaydada həyata keçirib. Bundan başqa qəbul vaxtı vətəndaşları qəbul edərək üzləşdikləri problemləri yerindəcə həll edib,vətəndaşın dövlətə olan inamına təkan verib.Bütün nazirlər Mikayıl müəllim kimi Vətəndaşlara xidmət etmiş olseydilər,sosial narazılıqlar yaranmazdı. Uğurlar arzu edirəm.

Millikişi 2019-10-27 14:44:59

Cücəni payızda sayarlar, deyib babalarımız. M.Cabbarov Azərbaycan dilində səlis yazmağı (nə ola dərkənarlarından bircəciyini görəsiniz) və danışmağı (göz önündədir) bacarsa ondan yaxşı nazir çıxacaq...

turan 2019-10-27 14:44:59

Mikayıl m-n savadlı,təmiz olması bir yana o,həm də islahatçı, düşünməyi bacaran bir insandır.Uğurlar olsun.Kaş onun kimi bir neçə nazir olaydı..

Etibar bəyə 2019-10-27 14:44:59

...Məleyk xanımın bandası Ali məktəblərdə kadr hazırlığının evini yıxdı.Kompüter fırıldaqlığı Məleykə xanımın alətinə çevrildi...Məktəblər uşaqların vaxt itgisinə çevrildi,repititorluq vüsət aldı.Bunlarda

Cəmşid Dərələyəzli 2019-10-27 14:44:59

Şərihçilərin rəylərinə qoşuluram. Gerçəyi söyləmək lazımdır. Biz neçə ki, işdə olan nöqsanları dilə gətirmirməyib, müəlif kimi mala çəkməklə məşqul olacayıq, bax beləcə problemlərimiz də azalan deyil. Bu gün Mikayıl müəllimə təkliflər vermək lazımdır.

Elşad 2019-10-27 14:44:59

Bu ölkə təhsilinə Misir qədər zərbə vuran olmadı. Ona qədər də qənaətverici olmayan yazıq təhsilə, bütün ağıla gəlməz əcaiblikləri, iyrənclikləri nazir Misir Mərdanov gətirdi. Bunu etiraf etməyən səmimi deyil.

Oqtay 2019-10-27 14:44:59

Mən baba olaraq 1-ci 2-ci sinifdə oxuyan nəvələrimin çantasını qaldırmağa gücüm çatmır.Çantaları təkərli arabada aparıram.Proqram da kı deyilə si deyil elə bil məktəb orta təhsil yox professor yetişdirir.Təhsil nazirliyində bir nəfərdə olsa savadlı adam yoxdur bunların işi coxlu kitab hətda dəftər buraxıb tələbələrə soxuşdurub pul qazanmaqdır. B.Ə.Ə.də nəvəm oxuyur bir ayped lə gedir gəlir və bütün tapşırıqları məktəbdəcə hazırlayırlar.Bizdə uşağın uşaqlığını əlindən bu bisavadlar alır...

dadaşyev 2019-10-27 14:44:59

Universitetlərimizdə rüşvətxorluğun kökünün kəsilməyi faktdır və şəxsən mənim bir vətəndaş kimi heçbir zaman mümkün ola bilməyəcəyini hesab etdiyim çox mühüm bir hadisədir.Bu gün öz bilikləri ilə oxuyub diplom alan gənclərimizdən irəlidə yeniliklər gözləmək mümkündür.

VAQİF 2019-10-27 14:44:59

Deyilenlər düzdür

Müfəttiş 2019-10-27 14:44:59

...Mikayıl Cabbarov indiki vəzifəsində əsl yerindədir, buna söz yoxdur....Təhsil isə tam düzəəlməyib..Ali məktəblərdə rüşvəti məhdudlaşdırsa da, tələbələrə yalnız bir kəsirə görə 6oo manat pul ödəyirlər, 4-illik Universiteti 5-6 ilə bitirməli olurlar. Təki büdcəyə pul ödənilsin və s...

AAgahuseyn 2019-10-27 14:44:59

Son 30-ildə M.Mərdanov kimi nazir az olub həm ona qədər həm də ondan sonura.....Mən nə Misirin vaxtında təhsil almışam nə də onunla dostam.O QƏRBİ AZƏRBAYCANDAN məb CƏNUBLUYAM.Ancaq ALLAHI yaddan cıxarmaq olçmaz...

Son yazılar