TRAMP İŞİD LİDERİNİN NECƏ ÖLDÜRÜLDÜYÜNÜ AÇIQLADI - “Vəhşi kimi, qorxaq kimi öldü”

Bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp Ağ evdə jurnalistlər qarşısına çıxıb və Suriyanın şimalında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üçün xüsusi əməliyyatın keçirildiyini təsdiqləyib.

Türkiyə televiziyalarının məlumatına görə, Tramp əl-Bağdadinin İdlib əyalətində məhv edildiyini açıqlayıb. O, xüsusi əməliyyatın gedişində əl-Bağdadinin bir çox ortaqlarının da öldürüldüyünü deyib.

Prezident Donald Tramp bildirib ki, əl-Bağdadi xüsusi əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi “kamikadze jileti” ilə özünü partladıb. ABŞ prezidenti əməliyyat zamanı heç bir ABŞ əsgərinin yaralanmadığını bildirib.

“Əbu Bəkr əl-Bağdadi ilə birlikdə çoxlu sayda tərəfdarı da öldürüldü. Bağdadi vəhşi idi və vəhşi kimi, qaçan qorxaq kimi öldü, ağlayıb sızlayırdı. Artıq heç kimə zərər verə bilməz. Dünya indi daha təhlükəsizdir”- deyə,Tramp bildirib.

ABŞ prezidenti Rusiya, Türkiyə, Suriya və İraqın da əməliyyata dəstək verdiklərini bildirib, həmin ölkələrə təşəkkür edib. “Bu, çox təhlükəli əməliyyat idi”,-o vurğulayıb.

Tramp məlumat verib ki, əl-Bağdadi üzərindəki “kamikadze jileti” ilə özü ilə birlikdə 3 uşağını da öldürüb. Onun bildirdiyinə görə, xüsusi təyinatlılar İŞİD liderini qaldığı iqamətgahın altındakı yeraltı tuneldə yaxalamaq istəyib, bu zaman əl-Bağdadi ələ keçəcəyini görərək özünü və uşaqlarını partladıb. O, əməliyyat zamanı İŞİD liderinin qaldığı evdən 11 azyaşlı uşağın xilas edildiyini də açıqlayıb.

O, DNA testi nəticəsində öldürülənin məhz əl-Bağdadi olduğunun tam təsdiqləndiyini deyib. Habelə Tramp bildirib ki, əməliyyat nəticəsində İŞİD-in gələcəkdə həyata keçirməyə hazırlaşdığı terror hücumları ilə bağlı çox çox dəlillər ələ keçirilib.

Virtualaz.org xəbər verir ki, ABŞ prezidenti əl-Bağdadiyə daha əvvəl də xüsusi əməliyyat həyata keçirmək istədiklərini, amma onun tez-tez yerini dəyişdirdiyini deyib. Tramp xüsusi təyinatlıların dəbilqəsinə bərkililmiş Go-pro kameralarla əməliyyatı canlı izlədiyini açıqlayıb: “Film kimi mükəmməl idi. Orada tətbiq edilən texnologiya da xarüqəydi”.

“Xüsusi təyinatlılarımız bir saat 10 dəqiqləlik məsafədən, təhlükəli bölgədən uçdu. Bəzi liderlərin bu əməliyyatın ən təhlükəli nöqtəsini olacağını düşündük, ona görə də çox səssiz qaldıq. Giriş və çıxış uçuşları çox təhlükəli idi, çox güclü atəşə məruz qala bilərdik. Rusiya hava sahəsini açdı. Rusiya əla idi, İraq əla idi. Doğrudan da əla bir işi əməkdaşlıq şəraitində həyata keçirdik”,-Tramp deyib.

ABŞ prezidentinin bildirdiyinə görə, xüsusi təyinatlılar vertolyotlarla Rusiyanın nəzarətində olan bölgənin üzərindən uçublar. Bu zaman Rusiya tərəfi məlumatlandırılıb. “Ruslar niyə gəldiyimizi bilmirdi, amma onlara “məmun olacaqsınız” dedi. Onlar da “bizi məlumatlandırdığınız üçün təşəkkür edirik” dedilər. Onların nəzarətində olan bölgədən keçəcəyimizi bilirdilər, amma niyə gəldiyimizi bilmirdilər”,-o deyib.

Belə təxmin etmək olar ki, ABŞ xüsusi təyinatlıları İraqdakı Amerika hərbi bazasından havaya qalxıblar və Rusiyanın nəzarətində olan Hələb bölgəsinin üzərindən uçaraq İdlibə daxil olublar.

ABŞ prezidenti jurnalistlərin suallarına cavab olaraq Türkiyənin əməliyyatdakı rolu barədə danışıb, bu ölkəyə tərif yağdırıb.

“Türkiyə bizim oraya keçəcəyimizi bilirdi, çətinlik törətmədi. Bəzi bölgələrdən keçdik, onlar da əla idi, heç problem çıxarmadılar. Onlar bizə atəş aça bilərdi, cavab olaraq biz də onları aradan götürə bilərdik. Amma bu olmadı. Bizə atəş açanlar (İŞİD-çilər) havadan vuruldu”,-o əlavə edib.

Tramp əməliyyatın planlaşdırılması və həyata keçirilməsinin 2 həftə vaxt apardığını deyib. Amma bildirib ki, əl-Bağdadi daha əvvəldən izlənilirdi: “Çoxlu pulu vardı deyə tez-tez yerini dəyişdirirdi, planını qəfil dəyişdirirdi. Orada olduğunu bilirdik, amma yüz faiz əmin olmaq mümkün deyildi. Nəhayət təsdiq aldıq və ora gedəndə çox böyük atəş gücü ilə qarşılaşdıq. Amma əsgərlərimiz çox yaxşı idi. Çoxlu sayda terrorçu öldü, bu haqda rəqəmi də açıqlayacağıq”.

Tramp əməliyyat zamanı ABŞ xüsusi təyinatlılarının bir itinin tunellərdə yaralandığını bildirib. O, əməliyyat barədə demokratları məlumatlandırmadıqlarını deyib, bildirib ki, bunu “məxfiliyin qorunması üçün” ediblər. “Çox az adamın xəbəri vardı. Biz məlumat sızıntısı bütün komandanı təhlükəyə atardı”,-o deyib.

635x100

Şərhlər

Arif 2019-10-27 18:33:51

İndi zaman o, zaman deyil, belə satqınlardan bircədəfə istifadə edirlər. Ben Laden, Əbu Bəkir Əl Bağdadi və bunlara oxşar yüzlərlə, minlərlə terorçular,bunların yetişdirmələridir, ən böyük fakt bu kimi tetorçuları diri tutmamağlarıdır, baxmayaraqki, yerini bilirmişlər və bu azmış kimi iki həftə də izləyirmişlər, görəsən nöbbəti yetişdirdikləri terorçu "Lidirin"adı necə olacaq, məncə "Xorasan ordusu"adlandırılacaq,amma bir Ərəb adını seşmək heçdə çətin olmayacaq, təki musalman olsun.

Cəmşid Dərələyəzli 2019-10-27 18:33:51

Fark etməz. ABD Belladini yetişdirdi ona tapşırılanı yerinə yetirdidikdən sonra öldürdü, sonra da Bağdadini icad etdi. İndi də onu öldürüb (əgər öldürdüsə), yerinə Məzlumu gətirdi. Gün gələcək Məzlumu da yaloba kağızı kimi silib atacaq.Sadəcə bütün bu oyunlarda uduzan gerizekalı müsəlmanlardı.

dadaşyev 2019-10-27 18:33:51

davamı;Bu hadisə Bağdadinin ABŞ istehsalı olduğunun birbaşa təsdiqidir yəni.Demək ABŞ onun yerini-yurdunu gözəl bilirmiş,bu illər ərzində onu məhv etmək istəsəymiş "2 həftəyə" məhv edə bilərmiş,amma Türkiyənin ABŞ nəzarətində olan bölgəyə girəcəyinə son ana qədər inanmayıbmış.Türkiyə Suriyaya girdiyi halda ABŞ onu da özüylə götürmək istəyib,amma Bağdadi sözə baxmayınca türkün-rusun əlinə keçər və ABŞ-la işbirliklərindən istintaq zamanı danışa bilər deyə ABŞ məcbur olub məhv edib onu.Başqa izahı yoxdur.

dadaşyev 2019-10-27 18:33:51

Öz itini ABŞ özü məhv etdi yəni.Baxın,deyir bu işin planlanması və həyata keçirilməsi 2 həftə vaxt aldı.Yəni ayın 15-i planlanıb,Türkiyənin Suriyaya girməsinin 7-ci günü.Ona görə sonrakı 2 gündə israrla Türkiyədən 5 günlük atəşkəs istədi ABŞ guya ki kürdlərin bölgəni tərk etməsi üçün?17-də atəşkəs oldu,amma ABŞ əsgərləri qaçsa da Bağdadi çıxmadı demək bölgədən.Ardınca Türk-Rus anlaşması oldu 150 saatlıq.ABŞ görüncə ki Bağdadi yenə bölgədən çıxmaq istəmir,qayıdıb onu məhv etdi.Ələ keçsə çox sirr açardı.

Son yazılar