Azərbaycan-Türkiyə münasibətlərində enerji dövrü

“Financial Times”: Azərbaycan-Türkiyə münasibətləri indi daha möhkəmdir

Financial times qəzeti yazır ki. Azərbaycanla Türkiyənin münasibətləri indi enerji əməkdaşlığı və siyasi həmrəyliklə möhkəmlənir.

İstanbuldakı Sabanci Universitetinin professor Bulent Aras qəzetə deyib ki, hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yeni dövrüdür və bu yeni dövr enerjiyə əsaslanır.

Onun fikrincə, əvvəlki dövrlərə nisbətən indi Azərbaycan-Türkiyə münasibətləri daha güclü əsaslara söykənir.

Qəzet misal çəkir ki, Azərbaycan Dövlət Neft şirkətinin Türkiyədə ümumi neft və qaz layihələrinə investisiyaları 2018-ci ildə 45 milyard dollara çatmalıdır.

Türkiyə də öz növbəsində Azərbaycan layihələrində pay alır. Fransanın Total şirkəti Şahdəniz İİ layihəsində 10 faizlik payını satanda bu payı Türkiyənin dövlət neft şirkəti TPAO 1,5 milyard dollar verib, aldı. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar