Roma Papasının istifadə etdiyi helikopter qəzaya uğrayıb, ölənlər var

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə "Report" RCN radiostansiyasına istinadla xəbər verir.

Qeyd edilir ki, "Bell 412" helikopteri cümə günü Kundinamarka departamentindəki Palankero aviabazasından səmaya qalxdıqdan sonra radarlardan itib. İtmiş helikopteri Kolumbiyanın Hərbi Hava Qüvvələri aşkarlayıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 hərbçi ölüb. Onlardan 2-i zabitdir.

Hərbçilər bildiriblər ki, helikopter yaxşı vəziyyətdə olub və ölkə prezidenti, hətta 2017-ci ildə Roma Papası Fransisk bu ölkəyə səfəri zamanı ondan istifadə edib.

Qəzanın başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar