PROKUROR HAKİMİ ŞANTAJ EDİRMİŞ! – Gizli səs yazısı və MTN-ə şikayət! (ŞOK)
Həsən Əliyev Nərimanov rayonunun prokurorunun şantajlarından bezərək MTN-ə şikayət edib, onun özünə əlavə ittiham irəli sürüblər!
Məlum olduğu kimi, baş prokuror Zakir Qaralov bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunun prokuroru Fikrət Mahmudov və onun müavini Cavid Quliyevin vəzifəsindən azad olunması haqda əmr imzalayıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla Nərimanov rayon prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmaqla istintaq və təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən edilib.
Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.
Baş Prokurorluğun rəsmi məlumatında belə deyilirdi.
Mənbənin daha bir sensasiyalı məlumatı ondan ibarətdir ki, MTN-ə şikayət etdikdən və gizli səs yazısı ilə bu şikayətini sübut etdikdən sonra Həsən Əliyevə qarşı yeni ittiham – rüşvətvermə ittihamı da irəli sürülüb. Rüşvət verən varsa, deməli rüşvəti alan da olmalıdır. Lakin Nərimanovun keçmiş prokuroruna qarşı rəsmi ittihamın irəli sürülüb-sürülmədiyi məlum deyil.
Bu məlumatlarla bağlı Fikrət Mahmudovun mövqeyini dərc etməyə hazırıq.
Vaqif NƏSİBOV
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.