Bakıda "Mercedes" "Opel"ə, sonra yaşayış evinə çırpılıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin dediyinə görə, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil arxadan "Opel" markalı avtomobilə, daha sonra ərazidəki yaşayış evinə çırpılıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Qəza nəticəsində xəsarət almış "Opel"in sürücüsü təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar