“Mirqədirovla bağlı Avropa Məhkəməsindən böyük gözləntilərimiz var”

“Rauf Mirqədirovla sentyabrın 19-da görüşmüşdüm. Hər şey olduğu kimi idi”. Bunu Modern.az-a açıqlamasında jurnalistin vəkili Elmar Süleymanov bildirib. Onun sözlərinə görə, hazırda digər vəkil Faud Ağayev jurnalistlə görüşdədir.

Eyni zamanda Elmar Süleymanov R.Mirqədirovun işi üzrə Avropa Məhkəməsinə edilən müraciətlə bağlı böyük ümidlərinin olduğunu söyləyib: “Avropa məhkəməsinə inamımız var. İnamımız olduğu və bizim xeyrimizə qərar veriləcəyi üçün onlara müraciət etdik. Onlardan müraciətimizə cavab göndərilən kimi ictimaiyyətə açıqlayacağıq”.

Qeyd edək ki, “Ayna-Zekalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprel ayının 19-da Türkiyədən deportasiya edilərək Azərbaycan göndərilib. O dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar