“ÖLKƏ XAOSA SÜRÜKLƏNƏRSƏ...” – “Gənc olmaq hələ islahatçı olmaq anlamına gəlmir”
“AzPolitika.info” BQB başqanı, deputat Fazil Mustafanın “Yeni Müsavat” qəzetinə müsahibəsini təqdim edir:
- Fazil bəy, bu günlərdə Türkiyədə səfərdə oldunuz. Elə bir vaxtda ki, Türkiyə və Azərbaycan terrora qarşı döyüşən mehmetciklə birgə nəfəs alırdı. Müşahidələriniz nə deyir, Türkiyə ictimaiyyəti də Azərbaycanın əsas problemindən, Qarabağ məsələsindən nə dərəcədə məlumatlıdır?
- Türkiyədə Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı düzənlənən tədbirdə məruzəçi olaraq iştirak edirdim. Ancaq bu mövzu ilə yanaşı gözümüz, qulağımız Suriyada, Vaşinqtonda, Soçidə baş verən proseslərdə idi. Adətən bu cür qaynar məsələlərin fonunda Dağlıq Qarabağ məsələsi əvvəlki kimi Türkiyə auditoriyasında gündəmdə önə çıxmasa da, unudulmuş məsələ də deyil. Hər bir tədbirdə, hər bir çıxışda bu mövzunun xatırlanmasına rast gəlirsən, Türkiyə cəmiyyətinin əhəmiyyətli hissəsi Azərbaycanın bu ağrılı probleminə ən azı bizlər qədər həssasdır. Üstəlik də Türkiyənin bölgədə rolunun güclənməsi ilə Qarabağın azad olunması istiqamətində ümidverici mesajların artmasını da sezmək mümkündür. Türkiyənin Rusiya ilə dialoqunun müsbət yöndə irəliləyişinin haçansa Qarabağ məsələsinin həllinə təsirsiz ötüşməyəcəyi barədə düşüncələr də Türkiyə cəmiyyətində yayğınlaşmağa başlayıb.
- Fazil bəy, hakim komandada çox ciddi və gözlənilməz proseslər baş verməkdədir. Nə baş verir və bundan sonrakı gözləntiləriniz necədir?
- Fikrimcə, buna gözlənilməz proses kimi baxılmamalıdır, cənab İlham Əliyevin ötən il növbəti dəfə Prezident seçildiyi andan dəyişimlə bağlı ciddi addımlar atılıb. Burada əmək haqlarının, pensiyaların ciddi şəkildə artımı, şəhid ailələrinə birdəfəlik müavinətin verilməsi, banklara kredit borcu olanların yükünün əhəmiyyətli dərəcədə azaldılması, gömrükdə və vergidə şəffaflığın yaradılması kimi radikal addımları nəzərdə tuturam. Ardınca məhkəmə-hüquq sistemində islahatlara start verildi. Bunlar əhəmiyyətli sosial islahatlar olsa da, dövlətin iqtisadiyyat üzərində yükünü azaltmadan, inhisarçılığı ortadan qaldırmadan, bütün sahibkarlıq subyektlərinin bərabər rəqabət şərtlərinə malik olmasını təmin etmədən istənilən effektin alınmayacağı anlaşıldı. İndi əslində diqqət bu istiqamətə yönəlib və kadr dəyişikliyinin də məqsədi bu sahədə islahatların sürətləndirilməsi ilə bağlıdır.
- Necə bilirsiniz, köhnələr, yaşı 70-i adlamış şəxslər özlərini qorumaq üçün gizli koalisiya yaradıb hansısa addımlar ata bilərlərmi?
- Kadrların gəncləşməsi prosesi ötən ildən başlayıb. Təyin olunan kadrlar içində sadəcə, ötən bir il altı aylıq müşahidə onu göstərdi ki, gənc olmaq, hələ islahatçı olmaq anlamına gəlmir. İslahatçılıq yaş amili ilə müəyyənləşmir, baş, bilgi və ruh amili ilə müəyyənləşir. Ona görə də bu gün cəmiyyətdə qoca və gənc kadrlar münaqişəsi yaratmaq yerinə, səmimi islahatçılar və ənənəvi fürsətçilər bölgüsünü aparmaq daha düzgün olardı. Prezident səmimi islahatçılara söykənən bir siyasət dəyişiminin anonsunu verir və real addımlar atır. Burada ən təhlükəli məqam ənənəvi fürsətçilərin səmimi islahatçılar cildinə girərək bu prosesi əngəlləməsi olacaq. Ona görə də bu islahatların dərinləşməsi üçün iqtidar yalnız özünün partiya və təəssübkeş potensialına güvənməməlidir, dövlətin və vətəndaşın maraqlarını hər şeydən uca tutan bütün siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının da bu prosesə aktiv şəkildə qoşulması üçün qapıları açıq tutmalıdır. Prezidentin siyasi qətiyyəti şərti olaraq “qocaların koalisiyası” adlandırdığınız hər hansı hərəkatın ortaya çıxmasını istisna edir, ancaq bəzən səlahiyyət sahibi olan məsuliyyətsiz “gənclər koalisiyası”nın qabiliyyətsizliyi də təxribata bərabər ağır nəticələr ortaya qoya bilər. Ona görə də islahatlar prosesinə cəmiyyətin nəzarət funksiyasının işləməsi olduqca zəruridir.
- Parlament müxalifəti olaraq sizin bu prosesdə iştirakınız hansı səviyyədədir? Bəs ənənəvi müxalifətin, parlamentdən kənar qüvvələrin mövqeyi barədə nə demək olar?
- Əslində bu suala cavabı ölkə Prezidentinin son açıqlamasından yol alaraq vermək doğru olardı. Ölkə Prezidenti deyir ki, bizim polisə daş atan müxalifətə deyil, problemləri diqqətə çatdıran, sağlam tənqid səsləndirən konstruktiv müxalifətə ehtiyac var. Əslində Prezidentin işarə etdiyi konstruktiv müxalifətçilik əsas etibarilə parlament müxalifətidir. Yəni hakimiyyətin legitimliyini tanıyan, onun qanunverici orqanında iştirak edən müxalifət məhz konstruktiv müxalifətdir. Lakin konstruktiv müxalifətin fəaliyyət imkanları xeyli məhduddur. Say etibarilə parlamentdə fraksiya yarada bilmir, Milli Məclisin idarəetməsində rolu yoxdur, hansısa komitə rəhbərliyində təmsil olunmur, dövlət protokolunda müəyyən olunmuş yeri yoxdur, qanunvericilikdə institusional əsası yaradılmayıb. Müxalifət, sadəcə, azlıq termini adı altında nəzərdə tutulur ki, bu da terminoloji ziddiyyət yaradır. Həqiqətən də konstruktiv müxalifət öz sağlam tənqidləri, layihələrə alternativ baxışları ilə həm dövlətimizə, həm də Prezidentin apardığı islahatlara böyük töhfə verə bilər. Konstruktiv müxalifəti əhəmiyyətsizləşdirmək, ona institusional fəaliyyət sferası tanımamaq əslində radikal, barışmaz müxalifətçiliyin arqumentlərini gücləndirən əsas amillərdən biridir.
- Bu günlərdə Milli Şuranın Bakıda keçirdiyi sanksiyalaşdırılmamış aksiya geniş müzakirələrə səbəb oldu. Siz burada ayrı niyyət, hazırlanan hansısa plan hiss etdinizmi?
- Bakıda keçirilən icazəsiz mitinq cəhdi ilə radikal müxalifət məqsədli şəkildə qarşıdurmaya getdi. Bu siyasi cəhətdən olduqca yanlış addım idi. Dinc mübarizə apardığını iddia edənlər, icazə verilən yerə getməyə razılaşmalı idi. Həmin əraziyə gediş üçün daha çox nəqliyyat vasitələrinin ayrılması təklif olunsaydı, əminəm ki, Bakı Şəhəri İcra Hakimiyyəti bunu təmin edərdi. Baxın, 30 il öncə biz də hakimiyyətə təzyiq üçün mitinq və tətildən başqa yol düşünmürdük. Çünki mitinqdən, tətildən başqa tərəfdarlarımızı məlumatlandırma, fikirlərimizi tirajlama məkanı yox dərəcəsində idi. 20 il öncə tətil öz əhəmiyyətini itirdi, yalnız mitinq yolu aktuallığını qorudu. Bu, o zaman idi ki, sosial şəbəkə fenomeni ortada yox idi. İndi bu fenomendən 5-10 milyon insanı öz fikirlərinə, ideyalarına inandırmaq imkanı olanlar, nədən yenidən 5-10 min adamla dar bir mitinq çərçivəsində təmasa üstünlük verərək geri dönüş etdilər? Düşünürəm ki, bu sırf düşüncə qısırlılığı ilə bağlı məsələdir. Adamlar sosial şəbəkədə ağılla, məntiqlə deyil, mitinq jarqonları, çağırışları, linç etmələri ilə boy göstərməyə başladılar, müzakirə deyil, qaragüruhçu basqı ilə opponentləri susdurmaq kimi pis vərdişi mənimsədilər. Sağlam və ağıllı tənqiddən deyil, döyülməkdən reytinq qazanmanın bir neçə günlük həzzini yaşadılar. Orada plan quracaq baş olsaydı, haqlı olaraq istənilən vasitə ilə xaosa yol verməyəcək hakimiyyət qüvvələri ilə qarşıdurma yolu seçməzdilər. Fikrimcə, ağıllı və məsuliyyətli müxalifət hakimiyyəti aqressivləşdirmək yerinə, onu daha dərin islahatlara təşviq etmək yolunu seçməlidir. Çünki ölkə xaosa sürüklənsə, onun daşları altında qalan başların hamısı iqtidar-müxalifət ayırımı edilmədən öz millətimizin olacaq.
- Fazil bəy, Siyavuş Novruzov və Ziyafət Əsgərovla aranızda nə baş verib? Parlament iclasındakı çıxışlarda sizə ayrıca vaxt ayırdılar.
- Həqiqətən bu şəxslərin Milli Məclisdə şəxsimə qarşı bu dərəcədə qərəzli davranmaları mənim üçün də gözlənilməz oldu. Onlar ya fikirlərimi diqqətlə araşdırmamışlar, ya da kiminsə gözünə girmək üçün belə canfəşanlıq etmişlər. Baxın, mən söyləmişəm ki, istənilən formada öz çıxışlarımı seçicilərə çatdırmaq haqqım var və bu hüququmun məhdudlaşdırılması yolverilməzdir. Adamlar deyir ki, “bura selfi çəkdirmək yeri deyil”. Yaxud da “biz xalq artisti deyilik ki, bütün günü İnstagramda oturaq?” Mənim söylədiyimlə, onların iradları arasında bir məntiqi əlaqə görürsünüzmü? Kiçik bir tənqidi fikri belə top-tüfənglə qarşılayanlar Prezidentin təqdir etdiyi konstruktiv müxalifətçilik ideyasının mövcudluğuna Milli Məclisdə necə imkan verə bilərlər? Düşüncəmə görə, ölkə Prezidentinin başlatdığı islahatları dəstəkləyəcək ilk qurum Milli Məclisdir. Bu dəstək isə “biz Prezidenti göz bəbəyimiz kimi qoruyacağıq” formasında saxta ritorika ilə olmur, sağlam fikir və ideyalarla olur.
- Bir çox deputatlar susmağa, 2020-ci ili sakitcə yola verib təkrar mandat qazanmağa çalışır. Necə bilirsiniz, sizin vaxtaşırı sərt tənqid səsləndirməyiniz və sizə qarşı kəskin ittihamların səslənməsi şansınızı minimuma endirmirmi?
- Milli Məclisdə deputatları iki kateqoriyaya bölmək olar: ayrıca siyasətçi kimliyinə sahib deputatlar və ümumi siyasətin içində olan deputatlar. Ayrıca siyasətçi kimliyinə sahib deputatlardan biri kimi səsləndirdiyim fikirlərə qarşı opponentlər tərəfindən aqressiv yanaşma açığı, məni zərrə qədər rahatsız etmir. Məni rahatsız edən verdiyimiz mesajların bir çox hallarda diqqətsiz qalmasıdır. Bizlər meydan siyasətinin, xalq hərəkatı dalğasının içindən gəldiyimiz üçün bu “sunami”nin hansı fotonu təqdim edəcəyini az-çox bilirik. Bu halda isisnasız olaraq yuxarıdan islahatların həyati əhəmiyyət daşıdığını düşünürük. Bu islahatı gerçəkləşdirəcək tək ali subyekt isə bu gün ölkə Prezidenti İlham Əliyevdir. Ancaq bu prosesi yalnız sədaqətli icraçılıq təklif edən iqtidar komandası ilə aparmaq yetərli deyil. Sağlam tənqid, faydalı təklif və əsaslandırılmış ideyalar verən konstruktiv müxalifətin dəstəyi bu prosesdə dövlətimizin yalnız faydasına ola bilər. 2020-ci ilin seçkilərində şans məsələsinə gəldikdə isə, bu millətə və dövlətə faydalı olma şansını Allah bundan sonra da bizə nəsib edərsə, bunu istənilən statusda sevə-sevə edəcəyəm.
- Bəzi yaşlı deputatlar artıq Prezidentin eyhamından nəticə çıxarıb və kənara çəkilməyi qətiləşdirib. Siz növbəti tərkibi necə təsəvvür edirsiniz?
- Yenə də yaşlı-gənc ayırımı üzərində durmaq istəməzdim. Yaşlı sayılan deputatların içində olduqca dəyərli, sağlam dünyagörüşlü şəxslər var, burada cəmiyyətə faydalı, yaxud da faydasız deputatlardan söhbət getməlidir. Kiminsə növbəti seçkilərdə namizədliyini irəli sürməməsi bir hüquqi seçimdir, bunu şərh etmək doğru deyil. Ancaq parlamentin gələcəyi ilə bağlı proqnoz vermək istəməzdim, bunu yaxşı olar ki, əlahəzrət xalqın öhdəsinə buraxaq.
- Fazil bəy, komandada daha hansı dəyişiklikləri görmək istərdiniz?
- Bu islahatlarda bəlkə də ən az əhəmiyyət daşıyan məsələ komandada hansı subyektlərin olması, yaxud hansı yerdəyişmənin baş verməsidir. Düşünürəm ki, əsas diqqət aşağıdakı istiqamətlərə yönəlməlidir: dövlətə yük olan bütün müəssisələrin, obyektlərin sürətlə özəlləşdirilməsi; sahibkarlığa mane olan bütün təzahürlərin, xüsusilə də süni inhisarçılığın ortadan qaldırılması; vətəndaşa ən yaxın qurum olan bələdiyyələrin çevik yerli özünüidarə orqanlarına çevrilməsi; icbari tibbi sığortanın real işləmə imkanının yaradılması; islahatlarla bağlı iqtidar və müxalifət partiyaları arasında müntəzəm müzakirələrin aparılması; məhkəmələrə vətəndaşların güvənini bərpa edəcək real islahatların aparılması. Təbii ki, burada seçilən kadrların yaxşı və ya pis mənada təsiri seziləcək, ancaq ictimai nəzarət mexanizmi bu sahədə Prezidentin ən başlıca köməkçisi ola bilər.
- Hökumətlə birgə büdcə müzakirələri başlayacaq. Səsləndirdiyiniz təkliflər sadəcə müzakirə mövzusu oldu. Yeni baş nazir üçün onları təkrarlayacaqsınız? Əsasən nələrin üzərində israrlı olacaqsınız?
- Büdcə müzakirələri Milli Məclisin ən maraqlı və hərəkətli dövrü hesab olunur. Son vaxtlar hökumət üzvləri bu müzakirələrə daha məsuliyyətlə yanaşırlar. Bu dəfə durum bir az fərqlidir. Yeni baş nazir ilk dəfə ən mühüm dövlət sənədini təqdim edəcək. Açığı deyim ki, son illərdə təyin olunan kadrlar içində Əli Əsədov obrazı cəmiyyətin çoxluğu tərəfindən daha anlayışla qarşılandı. İslahatlar dövrünün baş nazirinin iqtisadi sferada yüksək təcrübəyə malik olması islahatların uğuru üçün vacib şərtlərdən biridir. Ümid edirəm ki, yeni baş nazir deputatların islahatlara dəstək verən təkliflərinə ciddi həssaslıqla yanaşacaq. Əlbəttə, təkliflərim olacaq, qısaca bir neçəsini söyləyə bilərəm: kitablara və çap məhsullarına qoyulan 18 faizlik ƏDV-nin sıfırlanması; məktəbli uşaqların bütün ictimai nəqliyyat növündən istifadəsinin ödənişsiz olması; ilkin mərhələdə 6 yaşadək uşaqlar üçün xalq arasında “uşaqpulu” kimi anlaşılan aylıq müavinətlərin verilməsi; istehsalla məşğul olan sahibkarlığın stimullaşdırılması və s.
- Necə bilirsiniz, növbəti parlament seçkilərindən sonra müxalifət fraksiya yarada biləcəkmi? Əgər seçkiləri qazanarsa...
- Müxalifət fraksiyası niyə də olmasın? Ətraf ölkələrə baxın, bu artıq hamısında mövcuddur, ümid edək ki, Azərbaycanda da müxalifət qüvvələri növbəti seçkidə qanunvericilikdə nəzərdə tutulan sayı ötəcək və belə bir fraksiya yaradılacaq. Bu olarsa, ölkədə ciddi bir siyasi canlanma baş verər və partiya demokratiyasının inkişafı üçün zəmin yaranar.
- Və sizin ən çox toxunduğunuz problem... Yeni hökumət Xəzər dənizini xilas edəcəkmi?
- İslahat əslində bir predmeti eybəcər göstərən ünsürləri söküb ataraq onu təkmilləşdirməkdir. İnqilab isə yerinə nə quracağını düşünmədən o predmeti yerlə yeksan etməkdir. Bizə dövlətimizin salamatlığı üçün bütün sahələrdə islahat lazımdır. Yeganə bir sahə var ki, orada mütləq inqilab edilməlidir. Xəzər buxovlayan bütün hasarları söküb atmaq, dənizin içinin və sahilinin ekoloji fəlakətdən qurtarılması üçün inqilabi fədakarlıq etmək lazımdır. Biz niyə Xəzərə hələ də sevgisiz davranırıq, bunu anlamaq mümkün deyil. Bu cür qum dünyanın heç yerində yox, onu vəhşicəsinə yox etdilər, indi bu dənizdən bir-iki balıq çıxanda sevinməli olduq, hələ də turizmə yararlı səviyyəyə də gətirib çıxara bilmədik. Açığı, hökumətin Xəzərin xilası mövzusunda hansı layihələr barədə düşünməsi maraq doğurur.
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Ümumiyyetale, ancaq "gencLere yer vermek, onLari vezife başina getirmek.." kimi fanatik "ideya"nin şişirdilmesi ne mentiq kesb eLeyir?! BeLi, bacariqLi ve imkansiz gencLere mutLeq destek ve normaL iş yerLeri teşkiL etmek, bürokratik, soyuqqanLi yaşLiLari ise, uzaqLaşdirmaq Lazimdir.. Ancaq, tecrubeLi şexsLeri bekar qoyub, tek yaşina göre (qudurmuş) "genc-cavan"a vezife vermek özü cemiyyetimize, deyerLerimize elece de, inkişafimiza böyük tehqir olardi!..
Fazil bəy, parlamentdə Ziyafət və Siyavuş müəllimlərin sizin barənizdə dedikləri tam təbii haldır. Onlar iqtidar nümayəndələridir, siz isə, deyəsən müxalifət nümayəndəsi olmanızı unutmusunuz(müxalifətin mitinqi barədə dedikləriniz də bunu təsdiq edir). Dediklərinizdə səmimi deyilsiniz, Türkiyədə bir ətrafınıza baxıb heç utandınızmı? Sosial şəbəkə mitinqi inkar eləmir(Avropaya baxın).
Bəli, "gənc" adı ilə yarasız kadrları irəli çəkmək olmaz.Məsələn,Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin islahatçı olacağına inanmaq sadəlövhlük olardı.Onun heç bir təcrübəsi yoxdur.Hətta orduda xidməti belə yoxdur...
Deputatı qoymurlar ki, parlamentdə nə danışdıgını öz seçicilərinə çatdırsın.
Fazil bəy Səfər Mehdiyev heç bir savadı olmayan yaxın qohumlarını doldurub gomruye buna şəffaflıq deyirsiz