ABUTALIBOVUN SƏRƏNCAMI LƏĞV EDİLDİ - Tikinti dayandırılıb

Bakı Şəhər İcra Hakimiyyəti Nəsmi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılması ilə bağlı məlumat yayıb.

Daxil olan məlumatda qeyd olunub ki, bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayımlanıb. Məsələ ilə bağlı Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar.

Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.

Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Bunu, tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilib.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı Hacıbala Abutalıbov olub.

635x100

Şərhlər

vidadi 2019-10-28 20:09:01

hacibela baki sherinin butun yashilliqlarini dagitdi.

Qaxlı 2019-10-28 20:09:01

Hacıbala Abutalıbov Qaxda Ağçay kəndində özü üçün iqamətgah tikdirib xalqın pulu ilə.Deylənlərə görə Ağçay kəndində uşaq bağçası yoxdur.Acıbala da kənd cammatına söz verib ki ,narahat olmayın bu iqamətgahı uçaqlara hədiyyə verəcəm.Uşaqlar da oturub gözləyirlər....

dadaşyev 2019-10-28 20:09:01

Yuxumda gördüm laləli dağlar başında balaca bir kişi var,zenit artilleriya topunun uzun lüləsini də tutub göyə.Dedim əlbət samolyot vuracaq,yaxınlaşanda gördüm adə zenit döyül ee,sazdı mən ölüm.Dınqıldada-dınqıldada pəsdən oxuyur:"Əzizim çujoy Bakı.Mən başçı,çujoy Bakı.Sökmədim özüm qalam.Sökdüm ki izim qala".Dedim qafiyəsi düz gəlmədi axı.Dedi a bala,düz gəlsə də sökmüşəm,gəlməsə də.

AAgahuseyn 2019-10-28 20:09:01

Bakı şəh.İH-İ və eləcə rayon İH-BAŞCISININ sərəncamını özü ləğv edə bilməz.Bu bairədə müvafiq Rayon və ya Şəhər MƏHKƏMƏSİNƏ sərəncamın vəğv edilməsi barədə müracət etməlidir.Bu müracət əsaslandırılmalıdır.

t.ədalət 2019-10-28 20:09:01

Hacıbala bir çox qanunsuz emellerrin törədicisi kimi də yadda qalacaq.İş o deyil ki,gərək kimisə silah və s.alətlərlə öldürəsən.Hacıbala,şikara çevirdiyi ovunu haqsızlıq silahı ilə öldürürdü.Keçmiş "Bakı" mehmanxanasının qarşısında bir saatsaz köşkü var idi.Əslən İrəvanlı olan bir qadın həmin köşkdə saatsaz işləyirdi.Hacıbala köşkü zorla həmin qadından aldı.Haqsızlığa dözməyən qadın dünyadan köçdü.İndi hansısa bir yerdə işsiz qalıb ötənlərə boylanan Hacıbala,görəsən,törətdiyi əməllərin fərqindədirmi?

Son yazılar