Yeni maliyyə sanksiyası təklif edilir - Əksər Vergi ödəyicilərini əhatə edəcək

1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.

Vergi Məcəlləsinə təklif edilən ciddi dəyişikliklədən biri də POS-Terminalladan istifadə qaydalarının sərtləşdirilməsidir.

Belə ki, Vergi Məcəllləinin 58.7-ci maddəsinə əlavə ediləcək dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməsi gözlənilir. Təklif edilən dəyişikliyə əsasən, Maliyyə sanksiyasının məbləğ vergi ödəyicisinin təqvim ili ərzində yol verdiyi pozuntuya əsasən aşağıdakı kimi tətbiq olunacaq:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Misal 1. POS-terminal quraşdırılmış obyekt olan marketdə alıcı ödənişi pos terminalla ödəmək istədiyi halda, vergi ödəyicisi bu imkanı yaratmadığı halda ona maliyyə sanksiyası tətbiq olunacaq. Vergi ödəyicisi təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, iki və daha çox olduqada isə müvafiq olaraq 3000 və 6000 manat məbləğində maliyyə sanksiyası ödəməli olacaq. Təbii ki, bu cür pozuntular operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunacaq.

Misal 2. "A" MMC POS-terminalların quraşdırılması məcburi olan obyektlərdən hesab olunsa da, Pos-terminalın quraşdırılmasını həyata keçirməyib. Bu zaman da vergi orqanları tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunacaq. /mks.az

635x100

Şərhlər

AAgahuseyn 2019-10-28 22:21:41

Arif müə. tam razıyam əlavə olaraq onu dq əlavə edirəm.EVLƏRİ müştəriyə satdıqları qiymətə verği ödənilsin və RÜŞVƏT ləqv edilsin.BU təşkilatlar imkan vermir iş adamları düz işləsin.Rn-İH,Şə-r-İH,Fövqalada hal.nazirliyi,Polis,Verği deyir verğini nəqd mənə ödə,Tikintiyə Nəzarət ağentliyi və diğər qurumlar.YENİ təyin olunan MƏMURLAR istəsə bu hal baş VERMƏZ.Hələ bu ğörünmür.

Arif 2019-10-28 22:21:41

Həmin komendat binayə mənzillərini kirayə verənlərə maklerlikdə edir, binanın 35-45%-zi kirayənişçilərdir, onlardanda komunal pulunu asanlıqla almaq olur, kimsə verməsə qorxudurlarki vergidən sənin xozeynin yayınır, o, da onu evdən çıxartmasın deyə komendatın dediyi məbləği vaxtında ödəyir, görürsünüzdə vergidən başqa verginin adından istifadə edənlər pul yığa bilir, amma vergi təşkilatı yox.Hər ayda 5-6 min nağd pul yığan vöen N;1803144442 saylı sahibkarlar tək deyil, bəlkədə bunların sayı on minlərlədir.

Arif 2019-10-28 22:21:41

Yaşadığım binanın 12 ildir kupçası var, buna baxmayaraq hələdə binanı el dilindən desək çöldən-çölə idarə edirlər yəni binanı tikən şəxs öz yaxın bir adamını komendat təyin edib həmin komendatda özünə xidmət haqqı kimi bir vöen açdırıb həmin vöendən yalnız qanun tələb edən insanlara qəbz yazır, ay ərzində yığılan 5-6 min manatdan güya bu adam 400-500 yüz manat yığıb güyakı qalanları komunallarını vermir xadiməçiyə həmişə 100man iki aydır 150man verir ona görədə bu sahədə sərt qanunlar tətbiq etmək lazımdır.

Arif 2019-10-28 22:21:41

A-dan Z-yə kitabının müəllifi Anar Bayramovdan bir xahşimiz var.Ölkəmizdə çox mərtəbəli binalardan nağd pul yığan qoçuları, bir sözlə neqativliyi, təmizləmək üçün təxirə salmadan həmin binalarda mmc-lər yaradaraq, (saxta yox haaa)idarə etməni mülkiyyətçilərə vermək, yığılan pul vəsaitləri yalnız banklar tərəfindən keçirilməli, həmin binayə xidmət edənlər mütləq qeydiyata alınmalı, həmin binalarda mənzilini kirayə verənləri vergiyə cəlb etməli, lazım gələrsə bu sahadə daha ciddi qanunlar tətbiq edilməlidir.

Son yazılar