DİQQƏT! PROFESSOR "QIZIL XIRDALAYIR"! - Milli Məclisdə "möhtəşəm" çıxış... (VİDEO)

Prezident İlham Əliyevin hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyinə dair çağırışı 2 həftəyə yaxındır ki, ölkə gündəminin əsas mövzusudur.

Prezidentin bu çağırışından sonra hökumətdə və dövlət aparatında yüksək vəzifə tutan bir sıra şəxslər istefaya getdi. Dövlət başçısı həmin şəxslərlə görüşlərində bir daha gənc kadrlara yer verilmsinin önəminə toxunaraq, çağırışını daha açıq şəkildə təkrarladı. Bu zaman kimlərə istefaya getməyi tövsiyə etdiyini də konkret olaraq bəyan etdi. "Gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır" - deyə Əli Həsənovla görüşündə vurğulayan Prezident, Abutalıbovla görüşündə isə bu zaman kimləri nəzərdə tutduğunu konkret şəkildə bildirdi: "Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.

Qeyd edək ki, ictimai müzakirələrdə Prezidentin bu çağırışına yanız hökumət və dövlət aparatında yüksək vəzifə tutan yaşı 70-i keçmiş məmurların deyil, hakimiyyətin digər qollarında təmsil olunan şəxslərin, o cümlədən deputatların da qoşulmasının zəruriliyi vurğulanır. Hətta yaşı 70-i, 80-i keçən, 20-25 ildir deputat mandatı daşıyan şəxslərin siyahısı da dərc olunaraq, onların da "yola salınmasının" zamanı çatdığı qeyd olunur. Hakim komandanın üzvü kimi onlar da Prezidentin tövsiyəsinə əməl etməyə dəvət edilir. 

İctimaiyyətdən gələn bu çağırışlara yaşlı deputatların reaksiyası isə birmənalı olmadı. Ağacan Abıyev kimi bu çağırışı qəbul edən, növbəti seçkilərdə iştirak etməyəcəyini bəyan edən deputatlarla yanaşı, Arif Rəhimzadə, Hadı Rəcəbli kimi hələ mandatdan əl çəkmək niyyətində olmadıqlarını nümayiş etdirənlər də oldu. Hətta bu niyyətlərini absurd şəkildə əsaslandırmağa çalışdılar.

Biri gündə neçə metr üzməsindən, digəri tez-tez mətbuatda görünməsindən bəhs edərək, mandatı xoşluqla təhvil vermək niyyətində olmadığını nümayiş etdirdi. Hətta ABŞ konqresinin, senatının yaşlı üzvləri ilə özlərini müqayisə edənlər də tapıldı.

Bu cür müqayisənin nə qədər qüsurlu və gülünc göründüyünün üzərində geniş dayanmırıq. Heç kəsə sirr deyil ki, bir neçəsini çıxmaq şərtilə, yaşlı deputatlarımızın əksəriyyəti Milli Məclisə "yatmağa" gedir. Danışanda da qanun layihəsi qalır bir tərəfə, nə danışdıqları heç özlərinə belə məlum olmur. Məsələn, bu gün sosial şəbəkələrdə yaşı 70-i keçmiş deputatlardan birinin - 77 yaşlı Xanhüseyn Kazımlının Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasındakı çıxışından bir parça yayılıb (Aşağıdakı videoya bax-müəl.).  Tamamlanmayan cümlələrdən, qırıq-qırq işlənən sözlərdən belə güman etmək olar ki, Komitədə növbəti ilin büdcəsinin müzakirələri aparılır.

"Ona görə də, deməli, əgər 15 il sonrakı 15 faizdən artıq olarsa büdcənin... deməli kəsiri dövlət büdcəsinin boşalması onda büdcə kəsiri deməli… əgər dünyada gedən proseslər belədirsə Azərbaycanı niyə qınamaq olur. Azərbaycanın hər yerdə bütün insanlar Azərbaycana gəlməkdən ötəri cəhd göstərir. Ona görə də, bəlkə də 1930-cu ilin əgər 194 yerdən… 194-cü yerdən ABŞ 74-cü yerə düşübsə iqtisadçıların hesablamalarına görə 2020-ci ildə düşübsə deməli bu o deməkdir ki, ABŞ-ı 1930-cu ilin böhranı gözləyirdi…”  - deyə Xanhüseyn Kazımlı nəsə izah etməyə çalışır.

Ancaq Azərbaycan Sosial Rifah Partiyasının sədri, dəfələrlə prezidenliyə namizəd olmuş, ən əsası, iqtisad elmləri dokoru, professor olan bir şəxsin nə danışdığını anlamaq mümkün deyil. Ola bilsin, Xanhüseyn müəllimin səhhətində nəsə problem var, yaxud zehni yorğunluq yaranıb.

Bu yaşda insanda bunların olması normaldır. Anormal olan bu yaşda, belə vəziyyətdə bir insanın hələ də deputat mandatı daşıması, gərgin iş tələb edən qanunverici orqanda təmsil olunmasıdır. Nədir bu mandat, vəzifə hərisliyi? Fərqində deyillərmi ki, bu cür vəziyyətdə deputat mandatı daşımaqla yalnız özlərini deyil, bütövlükdə Azərbaycan parlamentini gülüş öbyektinə çevirirlər? 

Ümumiyyətlə, "sovet tərbiyəsi" görmüş bu adamların nəyə görə belə vəziyyətə çatana qədər mandat daşımaq, vəzifədə qalmaq istədiyini anlamaq olmur. İqtidar cəbhəsində yüzlərlə, minlərlə layiqli gənc özünü, intellektual bacarığını nümayiş etdirmək, siyasətdə karyera qurmaq üçün illərdir, hətta onillərdir növbə gözləyərkən, X.Kazımlı kimi yorulub əldən düşmüş, artıq nitqini itirmiş adamların kreslolardan qopmaması dəhşətdir.

Ümid edirik ki, növbəti seçkiyədək bu haqda düşünəcəklər: həm özləri, həm də onlara mandat verənlər!...

Murad MƏMMƏDOV

AzPolitika.info

 

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-10-29 00:07:28

Yaxşı olardı ki, Ölkə Başçısı kadr islahatlarına qatıb məclisi də bu düşüncə sahiblərindən xilas etmək üçün buraxardı.. Yeter artıq ölkənin ən ali qurumlarından birini, bunca küçük düşürmək. Heç olmasa arlarına kor olub da susmurlar ki, axı ayıbdı. Seçgiyə qalsa sizin birinizi o kendardan içəri belə buraxmazlar. İstiyərsiniz ondan sonra üzərsiniz, istəyərsiniz qaçarsınız, istəyərsiniz də Xanhüseyin kimiləri kimi, bir addım ireli, iki addım da geriyə qonuşarsınız.

ali 2019-10-29 00:07:28

Deputatlar fəlsəfi dildə ustqurum .millətsə bazis sayilır....uyqunluq var....butun sivil dunyada hər bir yetkin fərdin oz parlamentində qanunvericilik təsəbbusu ilə cıxıs etmək huququ var....onu isə dəstəkləyən media qurumları olmalıdır...

Biləsuvarlı 2019-10-29 00:07:28

Canım kardaşım AzPolitika, hanı mənim şərhim?

OQTAY 2019-10-29 00:07:28

Muellim,muellim!!!Muellim..,??????????????????????????????????????????????!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!???????????????........................................................%%%%%%%%%%%%%%%$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

Lənkəranlı pensiyaçı-ya 2019-10-29 00:07:28

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş 72 yaşlı Tahir Süleymanov belə baxanda yerli adamdır. Amma kim deyə bilər ki bu deputat MM-də ağzını açıb xalqın xeyrinə, ümumiyyətlə xalqın güzaranı barədə, bir siyasətçi kimi dövlət əhəmiyyətli hansısa məsələnin müzakirəsində öz sözünü deyib. Süleymanova deputat mandatı ancaq və ancaq öz un dəyrmanı ilə əlaqədar və digər bizneslərini idarə etmək üçün bir qalxan rolunu oynayan sənəd kimi lazımdır. İnanmırsınızsa Siyəzənə gəlin və şəhərin mərkəzində sorğu aparın görün camaatın heç 10%-i onu tanıyırmı.

Biləsuvarlı 2019-10-29 00:07:28

Bunun Biləsuvarın deputatı olması Biləsuvara təhqirdir. Mübarizlər yurdu Biləsuvarda bundan qat-qat səviyyəli insanlar qala-qala, kənardan gələn bunu deputat təyin etdilər. Niyə, niyə, niyə?

turan 2019-10-29 00:07:28

Əslində parlamentdə 20-30 il oturan yaşlı deputatlar (70-dən yuxarı) cənab prezidentin çağırışından sonra ona hörmət əlaməti olaraq dərhal mandatlarından imtina etməli idilər,onsuz da xalqın da gözü yorulub onlardan..

Vətəndaş 2019-10-29 00:07:28

O və onun kimi bir çox təyin olunmuş ştatnıy duptatlar uzun illərdir parlamentdə sadəcə boş yer doldururlar. Onların bir millət vəkili kimi bu millətə bir qəpiklik xeyirləri olmayıb. Müqəvvalar!

Bircə söz 2019-10-29 00:07:28

"Отец Солдата" yada düşür. Bu Professor-Deputat 26 il qəti tələb edilməyən Qarabağ icarəsindən təzminatı hesablayır, Sosial Deputat təqaüdçüləri bir daha 70 yaşa qədər cavanlaşdıra bilər. Z.Oruc da Sosial qayğıdadır? Arif bəy arzuladığı Bələdiyyə inkişafının heç 10%nə nail ola bilməyib. Naftalin müxalifətin səsini kəsən konstruktiv MVləri (Qüdrət-qorxu ilə və Fazil-xaosla) hüquqi meydanda ölkəni de-fakto Müstəqil İqtisadiyyatdan və Qarabağın daxili həllindən uzaqlaşdıran meyllərdən heç danışmşrlar?

Elşad 2019-10-29 00:07:28

ОТВРАТИТЕЛЪНО

AAgahuseyn 2019-10-29 00:07:28

And olsun ALLAHA ki,11-illik təhsili olan bir İŞ adamını da yüksək vəzifəyə təyin etsən və onlar RÜŞVƏT ALMASA vəziyyət bundan MİN dəfə yaxşı olar.BİZİM EVİMİZİ YIXAN RÜŞVƏTDİR.İndiki məmurlardan oqurladıqı BÜCCƏ VƏ TƏBİ SƏRVƏTLƏRDƏN ğələn oqurlanmış ğəlirləri ĞERİ ALSAQ AZƏRBAYCAN 10-il büccəsi təmin olunar.QALDI NIKQANANLARA onlar qorxur quş BURAXARLAR.

Vidad 2019-10-29 00:07:28

Hörmətli Murad bəy bu "sovet tərbiyəsi" ilə heç bir əlaqəsi yoxdur Bu çoxların qanındadır və mən şubhə etmirəm ki, indiki gənclərimiz gələcəkdə bu ənənəni təkrar etməsinlər Necə ki hal- hazırda bütün məmur evladları ən "istedadlı gənclərdir" və yalnız onlar yüksək vəzifələrə layıqdılar

Veteran 2019-10-29 00:07:28

Burda deyibler ki, без пол-литра не разберешься

Mirzə AĞ 2019-10-29 00:07:28

Bunlar siyasi baxımdan "axtalanmış" insanlardır - belələrinə hakimiyyətlərin hər zaman ehtiyacı olur...

Kərim Əlizadə 2019-10-29 00:07:28

Çox heyf ki,bu gənc kadrlarla əvəzləmə gözlənilən nəticəmni vermir. Misal:Quluzadə,Kərimov, Babayev,Cabbarov gənc kadr sayılır.Bəs onların rəhbərlik etdiklərisahələrə uyğunluğu.müvafiq təhsili,həmin sahələrdə iş təcrübəsi olubmu ki, belə yüksək postlara təyin olunublar?Biri rabitı-nəqliyyatı,digəri kənd təsərrüfatını, o birisi sosial təminatı,daha biri isə təhsili və sonra vergini nə hal salıblar? Bir bunu düşünən varmı?Sanki millətlə eksperiment keçirirlər.

Lənkəranlı pensiyaçı 2019-10-29 00:07:28

Milli Məclisə deputat hər bir rayon.şəhər ərazisində yaşayan,yerli əhalinin tanıdığı yerli vətəndaşlardan seççilməlidir.Yoxsa Bakıya qaçıb gələn,Bakıda məskunlaşanların Qusar.Yardımlı,Daşkəsən və sair rayonlardan deputat sırınması qyri-qanuni olmaqla bərabər,millət üçün faydasız olduğundan seçki yox,fiksiyadır.Belə deputatlar millətin ağrı-acısından xəbərsiz olur,millətə qulluq əvəzinə onları sırıyanlara xidmət edir.Misal HAdı Rəcəbli! Bütün millət ona nifrət edir.

Son yazılar