“Hörmətsiz məktub məsələsi Trampla görüşdə aydınlaşacaq” - AKP-nin katibi

“Hörmətli prezidentimizə etik normaları aşan hər hansı bir məktub qəbul edilə bilməz. Bir terror təşıkilatının da bu məktuba əlavə edilməsi isə ümumiyyətlə, yolverilməzdir. Bütün bunlara noyabrın 13-də hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Donald Trampın görüşündə aydınlıq gətiriləcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Ömər Çelik jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri bildirib.

AKP sözçüsü deyib ki, sözgedən məktubu çirkin siyasətin tərkib hissısi hesab edir: “Necə ki, “Barış bulağı” hərəkatı ilə hörmətli prezidentimiz qətiyyət nümayiş etdirdi, çirkin siyasət kampanitasının tərkib hissəsi olan həmin məktub olayına da ABŞ səfərində aydınlıq gətirilməsi tələb olunacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar