ƏLİ ƏSƏDOVDAN YENİ TƏYİNATLAR -  Nazirlər Kabineti Aparatının İşlər müdiri də təyin edilib

Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə yeni müdir təyin edilib. APA xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Baş Nazirin 24 oktyabr tarixli sərəncamı ilə Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov vəzifəsindən azad edilib.

Əli Əsədovun digər sərəncamı ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin edilib. O, bu postdan azad edilən Adil Əhmədovu əvəz edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar