PREZİDENT SALEH MƏMMƏDOVA İRAD TUTDU - "Şişirtmə rəqəmləri" + VİDEO

Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Rəqəmləri səhv deyən sədrə prezident irad tutub: “Qəbələ rayonunda cəmi 60 kənd, 1 şəhər və 3 qəsəbə var. Şişirtmə rəqəmləri”.

Saleh Məmmədov isə “Səhv dedim, bağışlayın cənab Prezident”, -deyə cavab verib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-10-29 19:46:04

Çox gözəl. Cənab Prezidentin Saleh müəllimi gülünc duruma salmasından dərhal sonra, aidiyyatı qurumlar hərəkata keçməli və araşdırmalı idilər. 1. Bu səviyyədə olan kadrın o vəzifəyə təyin olunması üçün şəxsi işini Cənab Prezidentin masasına kim qoyub. 2. Büdcə hesablama Palatası (BHP)son illərdə yola ayrılan vəsaitin hara xərclənməsi barədə bir yoxlama aparıbmı. istenilen yolun yenidən qurulması nədən yamaqla yekunlaşıb. Ayrılan milyonlar hara gedib. Sanıram BHP bu sorunun cavabını verməlidir

HökmƏli 2019-10-29 19:46:04

Bəyəm, sifarişinin icrasını Rabitə və Nəqliyyat nazirliyi yoxayıb, qəbul etmir?

Qəbələ sakini. 2019-10-29 19:46:04

Möhtərəm Prezidentin təyin etdiyi icra başçılarının əksəriyyəti məlumatsız,dünyagörüşsü,bisavad və alverçilərdir.Rayonlarda mənimsəmə,rüşvət,özüünküləşdirmə icra başçılarının əsas məqsədi və fəaliyyət sahəsi olduğu hamıya bəllidir...

Son yazılar