725 min manatlıq cinayət işi məhkəməyə getdi

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində “Aqrolizinq” ASC-nin “Aqroservis” filialının vəzifəli şəxsləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb.

İş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sentyabrın 22-də Baş Prokurorluqdan “Media forum” saytına daxil olan məlumatda belə deyilir.

Məlumatda qeyd olunur ki, filialın müdiri Razi Talıbzadə, mütəxəssis iqtisadçı-mühasib İmamverdi Gözəlov və anbardar İlqar Məmmədov müxtəlif növ mineral gübrələrin istifadəsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu mənimsəyiblər.

Faktla bağlı mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamları elan edilib. İstintaq zamanı ziyanın qismən ödətdirilməsi təmin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar