Polis geniş əməliyyat keçirib: 610 nəfər həbs edildi

Əməliyyat nəticəsində çoxlu sayda silah-sursat və narkotik maddə ələ keçirilib

İstanbul Polis İdarəsi Türkiyənin bu nəhəng şəhərində 15 min polis əməkdaşının iştirakıyla geniş əməliyyat keçirib.

İstanbul Polis İdarəsinin rəsmi məlumatında bildirilir ki, bu geniş əməliyyatın keçirilməsində əsas məqsəd cinayət törədilməsinin önlənməsi, axtarılan şəxslərin tutulması və cinayət dəlillərinin əldə edilməsi olub.

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmin əməliyyat 5 saat ərzində davam edib. Axtarışda olan 408 şəxs və müxtəlif cinayətlərdə iştirakda şübhəli hesab edilən 202 şəxs daxil olmaqla, ümumilikdə 610 nəfər həbs edilib.

Əməliyyat nəticəsində çoxlu sayda silah-sursat və narkotik maddənin ələ keçirildiyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar