"İSTEFA VER, GET BİZNESƏ..." - Deputatdan bu məmurlara çağırış + VİDEO

"Məmurlar və oliqarxlar isə, hansı ki, onlar bu gün inhisarçılıqla məşğuldur, Rəqabət Məcəlləsini qəbul etməyə imkan vermirlər"

Nə qədər ki, “məmur-oliqarx-biznes” anlayışı mövcuddur, Azərbaycanda inhisarçılığı aradan qaldırmaq mümkün olmayacaq. Bu fikirlə Milli Məclisin deputatı Vahid Əhmədov İctimai televiziyaya müsahibəsində çıxış edib.

“Əgər sən məmursansa icra hakimiyyəti orqanında işləməlisən və ancaq maaş hesabına yaşamalısan. Əgər bizneslə məşğul olmaq istəyirsənsə o zaman istefa ver və get biznesə”,-deputat əlavə edib.

Vahid Əhmədov bildirib ki, Milli Məclis 17 ildir Rəqabət Məcəlləsini qəbul edib başa çatdıra bilmir. “Təxminən 10 il əvvəl biz bu məcəlləni plenar iclasın müzakirəsinə təqdim etdik və iki oxunuşda onu qəbul elədik. Lakin üçüncü oxunuşa təqdim etmək mümkün olmadı, imkan vermədilər. Milli Məclisin hər sessiyasında mən bu məsələni qaldırıram və Rəqabət Məcəlləsini qəbul etməyə çağırıram. Məmurlar və oliqarxlar isə, hansı ki, onlar bu gün inhisarçılıqla məşğuldur, bu məcəlləni qəbul etməyə imkan vermirlər. Amma prezident bu məsələni Strateji Yol Xəritəsinə daxil edib və yəqin gələn il biz onu qəbul edə biləcəyik”,-deputat deyib.

Vahid Əhmədov habelə məmurlar üçün gəlir bəyannaməsinə toxunub. Deyib ki, bu haqda parlament qanun qəbul edib. Amma 10 ildir ki, müvafiq normativ sənədlər hazırlanmır. Heç bir məmur öz gəlirləri barədə bəyannamə dərc eləmir.

“Çünki bu bəyannamə ortaya çıxsa məmurdan soruşarlar-sən öz biznesin üçün bu qədər pulu haradan almısan? Mən sizə açıq deyirəm-məmurların çoxu öz biznesini dövlət pulları hesabına qurublar. Ona görə də bəyannamələr haqda məsələ həllini tapmalıdır”,-deputat vurğulayıb.

Vahid Əhmədovun sözlərinə görə, Azərbaycanda inhisarçılığın mövcud olmadığını deyənlər haqlı deyil. “Biz sahibkarlardan yüzlərlə müraciət alırıq. Onlar bazara çıxış əldə edə bilmirlər. Ən sadə misal gətirirəm. Topdansatış bazaları var və onlara məmur-oliqarxlar nəzarət edir. Sahibkarları məcbur edirlər ki, malları ancaq bu bazalardan alsınlar. Onlar kəndə gedib məhsulu birbaşa kəndlidən ala bilmir. Əgər fermer öz məhsulunu bazara birbaşa çıxara bilsə o zaman qiymətlər xeyli aşağı düşər”,-deputat bildirib.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2019-10-29 20:51:35

Hörmətli Vahid müəllim, məmurlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə xəyanət edərək vətəndaşı dövlətdən narazı salırlar,vətəndaşın dövlətə olan inamına balta çalırlar,sosial narazılıqları artırırlar.. Belə məmurlar haqqında vaxtında tədbirlər görülməsə,sosial narazılıqlar artacaq.. Sosial narazılıqları yaradanlar yerində olmayan məmurlardır. Onlar öz vəzifə öhdəliklərini yerinə yetirmək əvəzinə,bizneslə məşğul olurlar,xoşuna gəlməyən kadrlarıda şərləyib atırlar kənara....?

O.B.N 2019-10-29 20:51:35

Vahid bəy bu bəladan bir çıxış yolu var;2005-ci ildə qəbul olmuş « məmurların gəlir bəyannaməsi» haqda qanun qüvəyə minsin,NK-i və MM buraxılsin yeni seçki keçirilsin.Seçki komisiyası Asan xidmətin əməkdaşlarından və 600-dən yüksək bal toplayan tələbəlrdən təşkil edilsin(çünki onlar hələki rüşvətə bulaşmayıblar müəllimləri,həkimləri oradan kənarlaşdırilsin)Yeni seçilmiş parlanetin toxunulmazlıq statusu ləğv edilsin.

AMİN 2019-10-29 20:51:35

Hörmətli Vahid müəllim,o dediyiniz oliqarx-məmurlar Prezidentə sədaqət andı içsələrdə əslində Prezidentin ən böyük əlehdarıdırlar.Belə məmurların sədaqəti ilk polis qapısı və ya şapalağı görənə qədərdir. Prezidentə və dövlətçiliyə əsl sədaqəti sizlər nümayiş etdirirsiniz.Bu yolda sizə müvəffəqiyyətlər arzu edirəm.P.S.Prezidentimiz dəfələrlə deyib,hətta ilin əvvəlində sənədsiz mənzillərin sənədləşdirilməsi barədə sərəncam verib.Nəticəsi göz qabağındadır.Sərəncamı icra etmirlər.

AAgahuseyn 2019-10-29 20:51:35

Hör.Vahid müəl.Nə qədər ki, “məmur-oliqarx-biznes” anlayışı mövcuddur, Azərbaycanda inhisarçılığı aradan qaldırmaq mümkün olmayacaq.Bu sözləricox yerində demisiniz.Deputatların coxunun biznesi var və onlar natəmiz yollarla pul mənimsəyirlər.Onlara mandat buncün lazımdır.QLDI sahibkarlara onları bazara kim buraxar bu sahə də ən yüksək səviyyəli məmurların manapoliyasındadır.Adamın ANASINI aqrar qoyarlar buna cəhd etsən.Şadlıq evləri marketlər topdansatışbazalarıxidmət sahələri bunlara məxsusdur.

Hikmət 2019-10-29 20:51:35

Ay Vahid müəllim,siz özünüzə bu rüşvətxor,oliqarxa çevriən,biznes anlayışını biabır edən məmurlardan düşmən axtarırsınız? Görmürsünüz ki, monopoliya.rüşvət ölkədə baş alıb gedir,monopoliya caynağında millət boğulur? Niyə Gəlir deklerasiyasının təqdimatı qanunu gizlədilir? Ölkə monopoliya,özününküləşdirmə bataqlığında çabalayıır. Ölçü götütrməli olan məmurlar kənardan seyr edirlər.Ümid qalıb "Lazıma".

Son yazılar