Türkiyənin İslam Dövləti dilemması

Foreign Policy məcmuəsi soruşur ki, 49 girovunu İslam Dövləti təşkilatı yaraqlılarının əsirliyindən qurtaran Türkiyə İslam Dövləti təşkilatına qarşı koalisiyanın üzvüdür yoxsa yox?

Barack Obama əmin etmək istəyir ki, Türkiyə bu koalisiyanın özəyində durur, ancaq Səudiyyə Ərəbistanında ötən həftə 10 ərəb ölkəsi İslam Təşkilatına qarşı kooalisiya yaratmaq sazişini imzalaynda, Türkiyə buna imza atmadı.

Türkiyə humanitar yardım göstərməyə, ABŞ –ın əməliyyatlarına dıstək verməyə hazırdır. Ancaq onun özü İslam Dövləti əleyhinə koalisiyaya qoşulacaqmı?

Foreign Policy yazır ki, Türkiyə bunu etmək istəsə, 2 dəfə fikirləşməlidir.

Foreign Policy misal kimi 49 girov məsələsinə qayıdaraq yazır ki, bu, çox simvolik hadisə oldu.

Türkiyə Suriya hadisələrində çox fəal idi. Ancaq İraqda 49 Türkiyə vətəndaşının girov götürülməsi ilə bağlı böhran Türkiyənin Suriyadakı yanlışlıqlarını üzə çıxartdı. Türkiyə əmin idi ki, Suriyada Bashar Assad əleyhinə islamçıları dəstəklədiyinə görə İslam dövləti yaraqlıları da öz növbəsində Türkiyə vətəndaşlarını girov götürməz.

Foreign Policy-nin fikrincə, Türkiyə üçün ən təbii yol kənarda dayanmaqdır. Ancaq İslam Dövləti əleyhinə dava qızışır. Belə vəziyyətdə qıraqda qalmaq olmur. 2003-cü il təkrar oluna bilərmi?

2003-cü ildə Türkiyə parlamenti Amerika qoşunlarına icazə vermədi ki, Türkiyə ərazisindən İraqa girə bilsinlər. Bu da ABŞ-Türkiyə münasibətlərini o vaxt soyutdu.

Foreign Policy yazlr ki, qısa deyilsə, Türkiyə dilemma qarşısındadır, o, öz girovlarını azad etsə də, indi özü girova çevrilib. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar