Bibliyanın 300 min nüsxəsi İrana gizli aparılacaq

Bibliyanın fars dilinə yeni tərcümə olunmuş 300 min nüsxəsi İrana gizli aparılacaq. Trend-in "The Times" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Bibliyanın bu nəşrinin naşirləri kitabın Londonda keçirilən təqdimatı zamanı bildiriblər.

Kitabın 300 min nüsxəsinin növbəti 3 il ərzində İrana çatdırılması planlaşdırılır.

İranın müsəlman ruhaniləri ölkədə Bibliyanın yayılmasına qarşı çıxırlar və bunu edənləri təqib edirlər. Ölkəyə Bibliyanın bir neçə nüsxəsini gətirənləri həbs cəzası gözləyir. Lakin bu ölkədə çalışan xristian missionerlər bəyan edirlər ki, İranda xristian cəmiyyəti dünyada ən sürətlə artan cəmiyyətdir. Missionerlərin təqdim etdikləri rəqəmlərə görə, hazırda ölkədə 400 min xristian var və onların sayı ildə 20 faiz artır.

Xristianlıq İranda dövlət tərəfindən tanınsa da, xaçpərəstlər vaxtaşırı təqiblərə məruz qalırlar. Belə ki, 1990-cı ildə İranın Bibliya Cəmiyyəti bağlanmış və xristian kilsəsinin üç lideri öldürülmüşdü. 2010-cu ildə keçirilən prezident seçkilərindən sonra yenidən xristian kilsələri bağlanmağa və Qərbin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan xaçpərəstlər həbs olunmağa başlandı.

Hazırda İran həbsxanalarında 60-dan çox xristian saxlanılır və polis birgə dua etmək və Bibliyanı müzakirə etmək üçün dindarların kiçik qruplar halında toplaşdıqları "ev kilsələri"ni təqib etməkdə davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar