OQTAY GÜLALIYEVİN VURULMA ANI – VİDEO

Dərc olunub: 30/10/2019 - 14:30

054c82e1-cc7e-48f3-b227-5e6b3a18e82dDaxili İşlər Nazirliyi (DİN) hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması anının videogörüntüsünü yayıb.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yaydığı məlumata əsasən, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülalıyev vurulub.

Məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülalıyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Həmin videogörüntünü təqdim edirik:

***

dfgrgXəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Oqtay Gülalıyevi maşın vurub. Hadisə Bakıda, 28 May metrostansiyasının yaxınlığında baş verib.

Artıq hadisənin baş verdiyi anın videogörüntüləri də yayılıb. Belə ki, O.Gülalıyev piyada keçidinin üzərinə çıxandan az sonra üzərində taksi nişanı olan avtomobil onun üzərinə gəlib, vuraraq yerə yıxır.

Vuran avtomobil Hunday Aksent markalı və ağ rəngdə 90 PZ 543 dövlət nömrə nişanlıdır. Avtomobilin sürücüsünün özü də xəstəxanadadır. Sürücü O.Gülalıyevi vurduğu avtomobili ilə xəstəxanaya çatdırıb.

 

Görüntüləri təqdim edirik:


***

Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

BakuPost-un məlumatına görə, Oktay Gülalıyevin yaxınlarının “facebook”da yazdığına görə, hadisə metronun 28 May stansiyasının yaxınlığında baş verib.

Oqtay Gülalıyev Səməd Vurğun bağının yanında yolu keçərkən piyada keçidinin üstündə vurulub. O, hadisəni törədən “Hyundai” markalı avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiyada olan Oqtay Gülalıyevin vəziyyətinin ağır olduğu bildirilir.






loading...


Fikrinizi bildirin