“Liverpul” və “Barselona”nın əfsanələri qarşılaşacaq

“Liverpul”la “Barselona” klubunun əfsanələri arasında yoxlama oyunu keçiriləcək.

Qol.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qarşılaşma 2020-ci il martın 28-də “Enfild Roud” stadionunda keçiriləcək.

Yoxlama oyunundan əldə edilən gəlir “Liverpul”a məxsus xeyriyyə fonduna köçürüləcək.

Əfsanələrin oyununda “Liverpul”un heyətində Fernando Torres, İrji Dudek, Luis Qarsiya, Xose Enrike, Fabio Aurelio, “Barselona”nın heyətində isə Patrik Klyuvert, Edqar Davids, Xavyer Saviola, Juliano Belletti kimi keçmiş ulduzlar forma geyinəcək

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar