Bakıda avtomobil 12 yaşlı yeniyetməni vurub

Bakıda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Adilli Emin Ənvər oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. E.Adilli reanimasiyaya yerləşdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar