"ÖZLƏRİ ÇALIB, ÖZLƏRİ OYNAYACAQLAR" - Ərdoğandan ABŞ Konqresinə cavab 

“Türkiyə yeni bir istiqlal mübarizəsi aparır, zəfərə doğru addım-addım irəliləyirik”“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Türkiyə Prezidenti xəbərdarlıq edərək deyib ki, terror balonu nə zamansa erməni terrorunu, PKK-nı dəstəkləyənlərin əlində partlayacaq: “Qısa müddətdə əldə etdiyimiz uğur bəzilərinin təşvişə düşməsinə səbəb olub. 20 şəhidimiz var. Qərbdən olan heç bir dövlət şəhidlərimizlə bağlı bizə başsağlığı vermədi. Antiterror əməliyyatı nəticəsində isə 900-dən çox terrorçunu zərəsizləşdirmişik.

Qərbdən olanlar bizdən davamlı olaraq soruşurlar: “Orada nə qədər qalacaqsınız?” Mən də onlardan soruşuram: “Siz nə vaxt çıxacaqsınız?”

R.T.Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensin Türkiyə səfəri zamanı əldə edilən razılaşmadan da danışıb, eyni zamanda ABŞ-ın Nümayəndələr Palatasında Türkiyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirib: ”Oktyabrın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb, özləri oynaycaqlar.

Bununla belə ölkəmizə atılan iftiranın bir parlamentdə qəbul edilməsindən məyusuq. Onlara dedik ki, bu tarixçilərin, arxeoloqların işidir, səlahiyyət verək onlar bu işi görsünlər. Buna siyasət donu geyindirməyək. Tarixləri soyqırım, köləlik və müstəmləkəçiliklə dolu olan ölkənin Türkiyəyə dərs keçməkk, söz demək haqqı ola bilməz. Lazım olan cavablar veriləcək. ABŞ-la siyasi müttəfqiliyimizə dair problemlərin həll olunacağına da ümid edirəm”.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-10-30 18:01:45

Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının gözlənilmədən "erməni soyqırımı"nı tanıması, növbəti bir təxribatdır. Unutmayaq ki, hər bir dövlətdə iqtidarı dəstəkləməyən qüvvələr var və bu Amerikada da belədir. Sanıram ki, bu qətnamə Amerika dövlətinnin siyasəti deyildir və bu səbəbdən də dövlət-Tramp sonda bu qətnaməni təsdiq etməyəcəkdir. Qaldı Türküyəyə, külək ne qədər güclü əsir-əssin, qayadan heç nə qopara bilməyəcək. Bu nədən də kim nə düşünür-düşünsün, nə qəbul-edir-etsin, Türküyə özünün terorla bağlı siyasətindən bir anda olsun belə, vaz keçməyəcəkdir.

Elli 2019-10-30 18:01:45

Bütün şəhid olan Türk qardaşlarımıza Allah rəhmət eləsin!

O.B.N 2019-10-30 18:01:45

AkP-in apardığı siyasətin nəticəsidir.Əvvəllərdə saxta soyqırım müzakirəyə çixarılmişdı,nəticəsinə baxın; ABŞ: “Arxivləri açdıq, ermənilər türklərdən üzr istəyəcək” “O zaman Reyqan bizə “erməni soyqırımı”nı araşdırmağı tapşırmışdı”. Bu sözlər ABŞ Prezidenti Ronald Reyqanın məsləhətçisi Bryus Feysnə məxsusdur. Məhz o bir neçə il bundan öncə Reyqan dövründə “soyqırım” araşdırmalarıyla bağlı fikirlərini səsləndirərək, erməniləri məyus etmişdi. Moderator.az Bryus Feynin fikirlərini yenidən oxucularımıza təqdim edir: “Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vədə Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin “soyqırım”-la bağlı söylədikləri əsassızdır. “Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vədə Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya Müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Bütün hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar”

Son yazılar