SAAKAŞVİLİNİN NYU-YORKDAKI HƏYATI – Sarkozini qonaq gözləyir, Makkeynə baş çəkir...

“Manhattenə baxan gözəl mənzərəyə malik evinin damında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petrousu əyləndirən Saakaşvili...”

“New–York Times” qəzetinin müxbiri Jacon Horwitz Gürcüstan məhkəməsindən qaçan eks-prezident Mixail Saakaşvilinin Nyu-Yorkdakı həyatından yazıb. AzPolitika.info yazının maraqlı hissələrinin tərcüməsini təqdim edir.

Bruklindəki Smorgasburg ərzaq malları yarmarkasında üzlərini tük basmış və bədənləri tatuirovkalı kişilər arasında Mixail Saakaşvili özünün açıq yaşıl rəngli idman ayaqqabıları və dəbli günəş eynəyi ilə hamıdan seçilirdi. Gürcüstanın eks-prezidenti yemək üçün növbədə dayanıb, kokos kokteyli sifariş verdikdən sonra oraya toplaşan acmış amerikanlar arasından ayrılaraq bizə tərəf yaxınlaşdı.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırda Nyu- Yorkdakı Yeddinci küçədə “könüllü mühacirətdə” yaşayır. O, Gürcüstandan çıxmağa məcbur olub və bu şəxsin kəskin şəkildə “aşağı düşüşü” ondan keçmiş SSRİ ölkələrində “demokratiyanın ixracının” uğurlu nümunəsini yaratmağa cəhd edən bir çox amerikan məmurlarının ehtiyyatlı davranması üçün əyanı sübutdur.

Belə demək olar ki, Gürcüstanın eks-prezidenti hazırda Ukrayna böhranı nəticəsində aktuallıq meydanına çıxdığına görə, Putinə minnətdar olmalıdır. O, bəyan etmişdi ki, bu Putinin sonudur. Rusiyanın Ukraynaya qarşı təcavüzü haqqında danışaraq, o, rus prezidentinin hərəkətlərini Gürcüstandakına oxşar olduğunu vurğulayır. Saakaşvili iddia edir ki, siyasi opponentləri ona düşüncəsiz lider reputasiyası adını sırımaqla, onun nailiyyətlərini unudurlar. Saakaşvili özünü “Putini təxribatla müharibəyə çəkən adam” deyil, dinc qızılgül inqlabının lideri, islahatların və qanunun aliliyinin tərəfdarı olan şəxs hesab edir. Saakaşvilinin özünü reabilitasiya etmək layihəsi onun vətənindəki populyarlığının aşağı düşməsi və Gürcüstan prokurorlarının ona qarşı olan ittihamları sayəsində xeyli mürəkkəbləşib. O, bütün ittihamları rədd edərək gürcü prokurorlarını özünün acıqlı düşməni olan oliqarx Bidzina İvanişvilinin “siyasi motivli marionetkakarı” adlandırır.

Hazırda Mixail Saakaşvili memuar yazmaqla məşğuldur və o, həmçinin “çox yaxşı ödənilən” çıxışları ilə Vaşinqton analitik mərkəzinə köməklik göstərir və öz köhnə dostları olan senator Con Makkeyn və dövlət katibinin müavini Viktoriya Nulanda da baş çəkir. Manhattenə baxan gözəl mənzərəyə malik evinin damında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petrousu əyləndirən Saakaşvili, bu ayın axırında onunla görüşə gəlməyə hazırlaşan Fransanın keçmiş prezidenti Nikola Sarkozini də qonaq gözləyir.

Nyu-York şəhərindəki gürcü diasporunun digər nümayəndələri eks prezidenti çox tez-tez tənqid atəşinə tuturlar. Gürcü həbsxanalarındakı zorakılıq hadisələri haqqında qalmaqalın informasiya agentlikərində işıqlanmasından sonra 2012-ci ildə Saakaşvilinin BMT-də çıxış etməsinə qarşı etirazların təşkilatçısı və eks-prezidentin kəskin tənqidçisi sayılan Vaxtanq Qomelauri deyir: ”O, diaspora içərisində parçalanma yaradır”.

Hazırda ABŞ-da Saakaşvili Tafts Universitetinə “dəvət olunan professor” qismində öz işinə bərpa olunacağını gözləyir. Ancaq universitet bəyan edib ki, Saakaşvili ilə olan müqavilə may ayından dayandırılıb. Kolumbiya universitetinin professoru Linkoln Mitçel Saakaşvilinin bu hüquq məktəbi ilə problemləri olacağına əmindir. O, bu haqda deyib: ”Bəs əgər Saakaşvilini beynəlxal trbunal mühakimə edərsə vəziyyət necə olacaq? Onun özünün şəxsi davranışları barəsində də narahatçılıq mövcuddur”.

Bu ilin avqustunda Gürcüstan prokurorluğu Saakaşvilini dövlət vəsaitlərini dağıtmaqda ittiham edib. Həmin ittihamda qeyd olunur ki, dövlətin pulları onun səyahətlərinə, mehmanxana nömrələrinə, şəxsi stilistinə, botoks inyeksyalarına, kosmetik xidmətlərinə, İtaliyadakı yaxtanın arendasına və Londondakı qadın rəssam Meredit Ostromun işlərinə sərf edilərək dağıdılıb. Onu həmçinin 2007-ci ildə Gürcüstandakı nümayişin amansızcasına dağıdılmasında da ittiham edirlər. Əgər Saakaşvili həqiqətən də günahkar bilinərsə, onu 11 il azadlıqdan məhrum olma cəzası gözləyir. Eks-prezidentin özü ona qarşı olan bütün ittihamların sübutsuz olmasını bildirərək, onları ”gürcülərin cadugər ovuna çıxma” elementi hesab edir.

Məruzələrlə məşğul olmadığı və ya dostları ilə istirahət etmədiyi zamanlarda Saakaşvili velosipedlə gəzməyi xoşlayır. Söhbət əsnasında o bizdən “mənim velosipeddəki şəklimi istəyirsinizmi” deyə soruşdu...

Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar