TRAMP PUTİNİ NECƏ TƏLƏYƏ SALIR? – “O, Putinin Suriyanın qanlı səhralarında batmasının əleyhinə deyil”

ABŞ prezidenti Donald Tramp Suriyadan qoşunların çəkilməsini elan edəndən sonra, Nümayəndələr Palatası demək olar ki, yekdilliklə bu cür addımı qınayan qətnaməni qəbul etdi. Konqresmenlər bunu ABŞ-ın düşmənləri olan Suriya, İran və Rusiya kimi dövlətlərin xeyrinə atılmış ziyanlı addım sayırlar. Vaşinqtondakı partiyalar arasındakı bu cür razılaşma bizim günlərdə nadir rastlanan hadisədir. Lakin bu qətnamələrdə Yaxın Şərqdə amerikan maraqları üçün Trampın qərarındakı müdriklik və Vladimir Putinlə oynanılan acı zarafat dəyərləndirilməyib.

Tramp Suriyanı “qanlı qumluq” adlandırır. O, bu məsələdə haqlıdır. Bura bir-biriylə döyüşən tayfalar və sektaların düyün mərkəzidir və onların ədavəti izaholunmaz qədim ziddiyyətlərə və barışmaz fikir ayrılıqlarına bağlanır.

ABŞ prezidenti bu mürəkkəb ölkə üçün cavabdehlik daşımaq və orada ilişib qalmaq istəmir. Əgər amerikanların Suriyadan çıxıb getməsi Rusiyanın yaranacaq vakkumu doldurmasına imkan verirsə, onda Tramp məmnuniyyətlə onlara bu imkanı verər. Rusiya lideri dünya arenasında qürurla cövlan edir, amma onun əldə etdiyini qələbə saymaq olmaz.

Hər necə olsa da, “Əl-Qaidə”, ”İŞİD” Suriyada azadlığa çıxacaq və yeni cihad başlayacaq. Belə olan təqdirdə regionda cihadçıların yeni düşməni Rusiya olacaq. Rusiyanın Dəməşqdəki diplomatları və həmçinin rus hərbçiləri hücuma məruz qalacaqlar. Deməli, belə olan halda hərbi hissələrin gücləndirilməsi üçün əlavə qoşunlar göndərmək lazım gələcək. Digər tərəfdən isə Putinin Aralıq dənizindəki tərifli hərbi-dəniz obyektlərini möhkəmləndirməyə ehtiyac duyulacaq. Sonrakı mərhələdə cihad hərəkatı kifayət qədər müsəlman əhalisi olan Rusiyanın özünü bürüyəcək və Moskva terrorçuların hədəfinə çevriləcək.

Onda Suriyanın şimalında Putin və Ərdoğan arasında yaradılmış “təhlükəsizlik zonası” dağılacaq. Bəşər Əsəd bildirir ki, təhlükəsizlik zolağı ölkənin suverenliyini pozur. Əgər Əsəd bu zonanın bağlanmasının vacib olduğunu öz rus himayədarına inandıra bilsə, onda Ərdoğan yeni hərbi müdaxilə ilə xəbərdarlıq edəcək. Putin Türkiyənin tərəfini tutarsa, Əsəd nəzarəti öz əlinə almağa çalışacaq. Amma Suriya ordusu Türkiyə kimi rəqiblə mübarizə aparmaq gücündə deyil, onda kürdər Əsədin köməyinə gələcəklər. Əgər sərhəddə döyüşlər başlayarsa, Putin Əsəd və Ərdoğanın arasında qalacaq. Onun nə etməsindən asılı olmayaraq, Rusiyanın mövqeyi kövrəkləşəcək. Çünki o, kiminləsə dost, kiminləsə düşmən vəziyyətində olacaq.

Əsədin himayədarı və böyük ölkə olan Rusiya vətəndaş müharibəsindən ziyan görmüş öz vassalı Suriyaya kömək etməlidir. Ancaq bu ölkənin bərpası üçün 400-500 milyard dollar gərəkdir. Trampın bu hesabları ödəmək fikri yoxdur və elə bu səbəbdən də o, böyük məmnuniyyətlə Suriyanın şimalını Putinə verər.

Bu cür iri miqyaslı layihənin həyata keçirilməsi Rusiyanın cibinə görə deyil. Ola bilər ki, Putin məsrəflərin Avropa Birliyi ölkələri tərəfindən ödəniləcəyinə ümid bəsləyir. Yəni Putin düşünür ki, humanitar nöqteyi-nəzərdən və mühacirlərin yeni dalğasının qarşısını almaq baxımından Avropa bunu edə bilər. Lakin o, yanılır. Suriya qaçqınlarının axınının qarşısını almaq üçün Avropa cənub sərhədlərində baryerlər qurmağı Hələb və Homs şəhərlərinin xarabalıqlarında yeni mənzillər tikməkdən üstün tutacaq.

Bundan başqa, Suriyanın mənzildən daha böyük şeylərə ehtiyacı var. Suriyanın normal iqtisadiyyata ehtiyacı var. Vaxtilə ölkəyə yaxşı gəlir verən turizm indi artıq yoxdur. Heç də böyük olmayan neft yataqları ya yararsız haldadır, ya da onlar kiçik saylı ABŞ hərbi kontingentinin nəzarəti altındadır.

Putinin daha bir başağrısı - Suriya ərazisində gedən və bitmək bilməyən İran-İsrail müharibəsidir. Hələlik, Rusiya tam neytrallığı saxlayır. İsrail liderləri deyirlər ki, onlar ölkəni strateji təhlükələrdən qoruyurlar. Kürdlərdən fərqli olaraq, İsrail ABŞ üçün imtina olunacaq müttəfiq deyil. Putin bunu bilir və ona görə də, İranın Suriyadakı mərmi anbarlarını İsrailin nə qədər bombalamasına baxmayaraq, o, hərbi qarşıdurma riskinə getməyəcək.

ABŞ-ın çıxıb getməsini zəiflik, amerikan nüfuzuna zərbə və Yaxın Şərqdə təsir imkanlarının itirilməsi kimi anlayan tənqidçilər yanılırlar. Ərəb dünyası praqmatik siyasətin nə demək olduğunu anlayır və Trampın Suriyanın taleyinə biganə yanaşmasına isə, güclü oyunçunun tamahkar gedişi kimi baxır. ABŞ məhz bu cür oyunçulardandır. Onların daha çox gəmiləri, aviasiyası, strateji silahları və həmçinin də güclü kəşfiyyat vasitələri var. Amerikanın müttəfiqləri Yaxın Şərqin ən varlı, uğurlu mövqe tumuş və hərbi baxımdan güclü ölkələridir.

Onların heç biri Moskva ilə alyans naminə Vaşinqtonla münasibətlərini korlamazlar. Tamp bunu yaxşı bilir və elə ona görə də, o, Putinin Suriyanın qanlı səhralarında batmasının əleyhinə deyil.

(“Bloomberg”-ABŞ)

Təcümə “AzPolitika”nındır

635x100

Şərhlər

sahin 2019-10-30 21:49:42

suriyada putin və ordusu üçün heç bir təhlükə yoxdur əgər hansısa terror quruplaşması rus ordusuna ilişsə rus qırıcıları onları yerlə bir edəcək hansıki suriyanın 70 faizinə nəzarət edən terrorçuları rus aviasiyası sıradan çıxartdı bəli bir vaxtlar əhməd davudoğlunun dediyi kimi rusiya suriyada vaxtı ötmüş bombalardan istifadə edir bəli həm bombaları məhv edəcək həmdə terroristləri axı silah anbarınıda təmizləmək lazımdı putin nə brejnev nədə qarbacov deyil amerikada putinə nə respubilkaçılar nədə demokratlardan hiylə işlədəcək bir siyasətçi yoxdur tramp isə maketdir.amerika isə putinin tələsinə düşməmək üçün suriyadan çıxmaq istəyir ona görəki putin sssrinin qisasını almağa and içib amerikali siyasətçilər putinə hiylə işlədəcək səviyyədə inkişaf etməyiblər

Elli 2019-10-30 21:49:42

Burada vəziyyət əksinə tam tərsinədir.Putin Suriyayanın sahibi oldu.

Son yazılar