İntiqam Əliyev ev dustaqlığına buraxılmadı

Sentyabrın 22-də Bakı Apelyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxıb.

Bu haqda “Azadlıq” a məlumat verən vəkil Anar Qasımlının bildirdiyinə görə, vəsatət təmin olunmayıb: “Prosedurları sırf Avropa Məhkəməsində işin perspektivləri baxımından keçməyə məcburuq. Ona görə bunları edirik. İntiqam müəllim hətta məhkəməyə gəlmək istəmir. Hər dəfə deyir ki, məni məhkəməyə gətimərməyin. Əvvəlki proseslərdə bir az danışırdıqsa, bu dəfə lap qısa çəkdi. İntiqam müəllim istəmir ki, özü onlarla uzun-uzadı danışsın. Prsoes olanda deyir ki, biz bunu formal olaraq, Avropa Məhkəməsinə işimizin aparılması üçün şikayəti vermişik. Bilirik nə qəar qəbul edəcəksiz. Qərarınızı qəbul edin”.

İntiqam Əliyev vəkillərinə səhhətiylə bağlı mediaya məlumat verməyi qadağan qoyu: “Səhhətindəki problemlərlə bağlı gündəmə gəlməsini istəmir. Bilirsiz ki, azadlıqda da olanda səhhətində olan müəyyən problemlər vardı. Təbii ki, təcridxana şəraiti get-gedə mənfi təsirini göstərməkdədir”.

Hüquq müdafiəçisinin saxlanma şəraitindən narazılığının olmadığını deyən Anar Qasımlının dediyinə görə, İntiqam Əliyevin qeydləri əlindən alınır: “Yazılar, qeydləri, vəkillərinə yazdıqaları çox ciddi senzuraya məruz qalır. Demək olar ki, onu hərdəfə mənimlə görüşə gətirərəkən yarım saat ərzində yoxlanılır. Yazıları bir-bir oxunur. Xoşlarına gəlməyənləri alırlar. Xüsusən də Pentensiar Xidmətlə, saxlanma şəraitlə bağlı yazdıqların. Qurumun rəhbəri Mədət Quliyev təkliflər paketi hazırlayıb. Pentensiar Xidmətdə hansı islahatlar aparılsa, hansı şərait düzəlsə daha yaxşı olar. Hər dəfə də bunu onun əlindən alrılar”.

Xatırladaq ki, avqustun 8-də Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar