Rusiyada yol qəzasında 5 nəfər ölüb

Moskvanın şimal-qərbində minik avtomobili yük maşını ilə toqquşub.

APA-nın “İnterfax”a istinadla verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər ölüb.

Qəza yerli vaxtla 17:40-da, “M-9 Baltia” magistral yolunun 159-cu kilometrliyində, Tver əyaləti ilə sərhəd ərazisində qeydə alınıb.

Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin (DYM) yaydığı rəsmi xəbərdə hadisə “KİA” markalı minik maşınının qarşıdan gələn yük avtomobilinin yoluna çıxması nəticəsində baş verib.

Hadisə yerinə DYM-nin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar