FED uçot dərəcəsini 1,5-1,75%-ə qədər endirib

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini endirib.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.

Məlumata görə, ölkənin mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi uçot dərəcəsini 1,5-1,75%-ə qədər endirib.

Qeyd edək ki, FED il ərzində artıq 3-cü dəfədir ki, uçot dərəcəsini azaldır. Ekspertlər uçot dərəcəsinin endiriləcəyini proqnozlaşdırırdılar.

Daha əvvəl Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel deyib ki, rəhbərlik etdiyi qurum iqtisadiyyatda tənəzzül gözləmir. O, bu ilin yekununda ABŞ-da ümumi daxili məhsulun ötən ilin yekunu ilə müqayisədə 2%-2,5% artacağını qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl FED uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar