İrana casusluqda suçlananlar yenidən məhkəmə qarşısında

Bu gün Bakı Apelyasiya Məhkəməsində İran xüsusi xidmət orqanı SEPAH-la əməkdaşlıqda ittiham olunan Ağamir Ağamirov və Hafiz Vəliyevin apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, məhkəmə baxışı sentyabrın 24-ə təyin olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Ağamir Ağamirov və Hafiz Vəliyev ömürlük azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Xatırladaq ki, hər iki şəxs Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 234.4.3 (külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 320.1 (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar