Putinə qarşı çıxan məşhur rus müğənnisinin Bakı konserti ləğv edildi

Bakıdakı Heydər Əliyev Mərkəzində əfsanəvi “Maşina vremeni” qrupunun yaradıcısı Andrey Makareviçin oktyabrın 31-ə təyin edilmiş konserti ləğv olunub. musavat.com-un vesti-az-a istinadən verdiyi xəbərə görə, Mərkəzin rəhbərliyi bunu konsertin məhz həmin günlərdə “dövlət tədbirləri ilə bağlı” mümkün olmadığını bildirərək, alternativ tarix təklif edib.

Bu isə müğənninin qrafiki ilə uyğun gəlməyib. Satılan biletlər qaytarılacaq.

Qeyd edək ki, bu gün Makareviçin Sank-Peterburqdakı konsertinə də icazə verilməyib.

Tanınmış sənətçi Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı kampaniyanın aktiv üzvlərindəndir və Krımın Rusiyaya birləşdirilməsinə görə Kremli daim sərt tənqid edib. Böyük ehtimalla, konsertlərin ləğvi də Rusiya tərəfi ilə anlaşma nəticəsində ləğv olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar