“ABŞ Türkiyənin “İslam dövləti”nə qarşı mübarizədə daha fəal olacağını gözləyir”

ABŞ Türkiyənin “İslam dövləti” qruplaşmasına qarşı mübarizədə daha fəal olacağını gözləyir.

APA - nın “CNN Türk”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, türkiyəli girovlarla bağlı məsələ həll olunduqdan sonra ABŞ Türkiyənin “İslam dövləti”nə qarşı mübarizədə fəallaşacağını gözləyir.

Xatırladaq ki, iyunun ortalarında İŞİD silahlıları Mosulda Türkiyə konsulluğuna hücum zamanı 49 diplomatı girov götürüblər. Onlar bu günlərdə azad olunublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar