İŞİD-dən Fransaya təhdid: “Vətəndaşlarınızı öldürəcəyik”

İŞİD ona qarşı hava zərbələri endirən Fransa hökumətini təhdid edib. Təşkilatın media müşaviri Əbu Məhəmməd Əl-Adnani təşkilat üzvlərini ABŞ və Fransaya qarşı döyüşməyə çağırıb.

Adnani hava zərbəsi endirən ABŞ və Fransa vətəndaşlarının öldürüləcəyini bəyan edib. “Edə biləcəyimiz ən yaxşı əməl Fransa, ABŞ və onları dəstəkləyən dövlətlərin vətəndaşlarını öldürməkdir”, - deyən Adnani adıçəkilən ölkələrin etdikləri əməllərə görə peşman olacağını bildirib.

Xatırladaq ki, Fransa iyuldan başlayaraq İŞİD-ə qarşı hava hücumu reallaşdıran ABŞ-dan sonra əməliyyatlara qoşulub. /Axar.az/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar