"MƏN DƏ İSTEFA VERMƏYİ QƏRARA ALDIM" - 81 yaşlı icra başçısı

Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev vəzifəsindən istefa verib.Bu barədə Yenisabah.az-a Şəmsəddin Xanbabayevin özü bildirib.

“Artıq yaşlıyam. Ölkədə ciddi islahatlar gedir. Mən də Prezidentin çağırışına səs verərək istefa verməyi qərara aldım”, – deyə Şəmsəddin Xanbabayev əlavə edib.

O, digər yaşlı məmurların da ölkə başçısının çağırışına səs verəcəyinə ümdi etdiyini deyib.

“Belə də olmalıdır. Hər halda bunlar ölkədəki vəziyyəti, gedən inkişafı başa düşməlidirlər. Şübhəsiz ki, gənc nəsil daha yaxşı, yeni ideyalarla işləyəcək.  Ona görə də, bu çoxdan lazım idi. Mən bunu çox yüksək qəbul edirəm. 

İndi öz aramızdır. Mən ulu öndərlə, Allah ona qəni-qəni rəhmət eləsin, prezidentimizlə işləmişəm. Mənə elə gəlir ki, vicdanla, namusla, qeyrətlə xidmət etmişəm. Harda oluramsa olum, evdə olum, pensiyada olum, yenə də möhtərəm Prezidentə və Heydər Əliyevin yoluna hörmətimi və dəstəyimi göstərməyə hazıram. Başqa cür ola da bilməz. Müstəqil Azərbaycana hər bir şəxs xeyir gətirməlidir. Bu, bizim respublikamızdır. Bura ki, xarici ölkələrdən gəlib razı gedirlər, biz də işləməliyik də, qardaş”, -deyə o, bildirib.

Şəmsəddin Xanbabayevin sözlərinə görə, artıq istefa ərizəsini təqdim edib. O, bundan sonra vaxtını nəvələrilə keçirəcəyini deyib.

Qeyd edək ki, Ş. Xanbabayevin 81 yaşı var.

635x100

Şərhlər

Xacmazli 2019-10-31 15:00:41

Axir ki canimiz gurtardi. Her yani shir ve peleng goyub ele bil Xacmaz junglyadi. Daha cixirsan pelenglerivi de ozunne apar bize lazim deyil.

oxucu 2019-10-31 15:00:41

Buna da min şükür,istefa verməsəydi nə edəsiydik.Deyərdi ki, getmirəm vəssalam.

dadaşyev 2019-10-31 15:00:41

"İndi öz aramızdır" cümləsindən sonrakı cümlələri Ağsunun keçmiş başçısı yuvarlaq şəkildə belə demişdi:"Bundan sonra da iş olsa işləyərəm,olmasa da eybi yox".A balam,həqiqətən də könüllü gedirsinizsə gözünüz niyə yenə də kreslo axtarır?Qoca yaşlarında on illərlə zəhmət çəkmədən,alın təri tökmədən rahatlokum həyatı yaşayanlarımız az qalır istefa verəndən sonra kreslonu qucaqlayıb göz yaşı töksünlər ki,"Gedən cismimdi,ruhum səninlədi".

Son yazılar