İKİ RAYONA YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU - Sərəncam+ FOTO

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Elnur Rzayev 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Bu təyinata qədər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.

 Prezident

Xaçmaz rayonu və Yevlax şəhəri İcra Hakimiyyətində rəhbər şəxslərin dəyişidiriləcəyi gözlənilir.

Modern.az saytına daxil olan məlumata görə, yaxın vaxtlarda Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayevin və Yevlax şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun tutduqları vəzifədən azad edilməsi barədə müvafiq sərəncamlar imzalanacaq.

Modern.az məsələ ilə bağlı Yevlaxın deputatı İlham Məmmədov ilə əlaqə saxlayıb.

Deputat xəbəri təsdiqləyib. İ.Məmmədov bildirib ki, Yevlaxa yeni icra başçısının təyin olunacağı barədə xəbəri o da eşidib.

“Yəqin ki, bu gün sərəncam veriləcək. Mən də dünən eşitdim ki, icra başçımız dəyişəcək. Çox ehtimal ki, bu gün yeni təyinat haqqında qərar elan olunacaq”.

Artıq yaşlı icra başçılarının yerinə gətiriləcək kadrların kimliyi barədə də məlumat verilib. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayevin (1980-ci il təvəllüdlü) Xaçmaz rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunacağı gözlənilir. Hətta E.Rzayevin təyinatının artıq rəsmiləşdiyi və Xaçmaza getdiyi də bildirilir. Ş.Xanbabayev isə sakinlərlə vidalaşaraq, artıq rayonu tərk edib. 

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevin (1981-ci il təvəllüdlü) isə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə aparılacağı gözlənilir.

Məlumata görə, Anar Tağıyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovunkürəkənidir.

635x100

Şərhlər

miri 2019-10-31 19:11:32

"Cəhənnəmə gedən yol"un nə uzunluqda olması, ora hansı nəqliyyat vasitəsi ilə (piyada, at arabası .... reaktiv təyyarə), bu nəqliyyat vasitəsini idarə edənin kişi-qadın, cavan-qoca, təhsilli-təhsil... olması əhali üçün (bir qrup yaltaqlıq dan bəhrələnənlərdən başqa) maraq kəsb etmir. İndi bu yolun dəyişməsi lazımdır(LAZİM müəllim yox).

O.B.N 2019-10-31 19:11:32

t.ədalət bəy bu sovetdən qalma ənənədir.O dövürdədə hər rayona, idarəyə,müəssisə rəhbərliyinə bir erməni qoyurdular. Çünki Kremil yerli xalqa etibar etmirdi.DİM-nin nəticələri göstərirki ölkənin hər yerində savadlı abituriyentlər var.Vətənpərvərliyə gədikdədə hər bölgədən də igid əsgər çıxıb.Deməli idarəçilikdə ayrı seçkilik olmamalıdır.oda yalnız demokratik cəmiyyətdə münkün olacaq.

Cəmşid Dərələyəzli 2019-10-31 19:11:32

Cənab Prezident çox xoş. Sizin bu kadr islahatlarınız dəstəklənir. Lakin yenilər köhnələrin davranışını təkrarlamamalı, gəlişləri ilə sizin qarşıya qoymuş olduğuniuz hədəflərdə xalqla birlikdə ulaşmanı təmin etməlidirlər. İlk növbədə oturduqları makamların qapılarını xalqın üzünə açıq qoymalıdırlar. Bölgələrdə xalqın məşqulluğuna sərmayə qoymaq istəyən iş adamlarına münbit şərait yardıb, aidiyyatı olmayan qurumların onlara əl uzatmasına, müdaxilə etməsinə imkan verməməlidirlər.Yaxşı olardı bölgələrdə iş adamları ilə görüşlərə öz köməkçiləri ilə tək qatılsınlar.Çünki, Başçı ətrafında aidiyyatı olmayan yerli qurumların rəhbərlərini əyləşdirəndə onunla görüşə gələnlər özlərini azad hiss etmirlər və bu nədən də düşüncələrini çatdırmaqda cəsarət etmirlər.

t.ədalət 2019-10-31 19:11:32

Vəzifələrə naxçıvanlı tapmayanda....Tanrı türkə kömək olsun!

Son yazılar