MİLLİ ŞURA MİTİNQİNİ TƏXİRƏ SALDI – Cəmil Həsənli yeni qərarı açıqladı (Yeniləndi)

Milli Şura 2 noyabr mitinqini təxirə salıb. Bu barədə qurumun sədri Cəmil Həsənlı öz facebook səhifəsində yazıb.

“Dəyərli dostlar! Milli Şuranın rəhbərliyi mənim müraciətimi müzakirə edərək 2 noyabr mitinqinin təxirə salınması barədə qərar qəbul etmişdir. İndiki anda doğru saydığım bu qərara görə MŞ-nın rəhbərliyinə təşəkkür edirəm”, - Həsənli qeyd edib.

***

“Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin: 2 noyabr mitinqini təxirə salaq, əhalinin qorxudulmasına bəhanə verməyək”.

“AzPolitika.info”-nun məlumatına görə, belə təkliflə hazırda ABŞ-da olan Milli Şura sədri Cəmil Həsənli çıxış edib. O, mitinq mövzusuna həsr etdiyi və “Facebook”da paylaşdığı yazısında bu təklifi irəli sürüb.

C.Həsənli Respublika Prokurorluğu və DİN-in dünənki birgə bəyanatını xatırladaraq, yazır: “Respublika Prokurorluğu və DİN bəyanat yayıb Milli Şuranı, xüsusilə də MŞ KM üzvü və AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb”.

Milli Şura sədri bütün bunları nəzərə alaraq, mitinqin təxirə salınmasını təklif edib: “Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin. 2 noyabr mitinqini təxirə salaq, hərəkatımızın yeni dalğası hələ indi başlayır, əhalinin qorxudulmasına bəhanə verməyək”.

C.Həsənlinin fikrincə, MŞ və AXCP rəhbərliyi onsuz da sübut edib ki, hətta ən ağır repressiyalar şəraitində də mitinqlər, aksiyalar edə bilirik. “Biz kifayət qədər güclü olduğumuz üçün həm də manevrlər edə bilərik, rəqibin zərbəsindən yayınıb, gələcək mübarizə üçün daha da güclənə bilərik”.

C.Həsənlinin – 2 noyabr mitinqini təşkil edən təşkilatın rəhbərinin bu təklifi, çox böyük ehtimalla, təsadüfi deyil, razılaşdırılmış çağırışdır və 2 noyabr mitinqi təxirə salınacaq. Əslində, belə bir qərarın verilməsi gözlənilən idi. O səbəbdən ki, hüquq-mühafizə orqanlarının çox ciddi tədbirlər gördüyü haqda məlumatlar gəlirdi və belə şəraitdə 2 noyabrda Milli Şuranın xeyrinə işləyə biləcək aksiyanın keçirilməsi faktiki olaraq mümkünsüz idi.

Görünür bu reallığı MŞ rəhbərliyində də dərk etməyə başlayıblar ki, razılaşdırılmamış aksiyalar qərarı yalnış olub, bu gediş Milli Şuraya xeyirdən çox ziyan vurur, onun cəmi bir neçə minlik tərəfdarlarını parçalayır və qorxudur. Bu səbəbdən ya yekdilliklə, ya da bir qism, başda Cəmil Həsənli olmaqla, belə qərara gəlib ki, bu səhv yoldan dönmək lazımdır. Əgər qərar yekdilliklə verilibsə, bu, Milli Şura rəhbərliyində özünə inam hissinin sarsıldığından, gözləntilərin özünü doğrultmamasından xəbər verir. Yox, bir qismin qərarıdırsa, deməli təşkilatda fikir ayrılığı və parçalanma var.   

Lakin istənilən halda, mitinqin təxirə salınması həm də şəxsən Əli Kərimlinin və Milli Şura rəhbərliyinin qətiyyətsizliyi kimi də qəbul olunacaq.     

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2019-10-31 16:42:23

Çox maraqlıdır.Vaxtilə guruldayan,Səsi aləmi bürüyən Mİlli İstiqlal partiyası,Müsavat harda gizlənib? Guya hər şey (azadlıq,demokratiya) parlaq vəziyyətdədir, repressiya.qadağalar yoxdur? ETibar Məmmədov,İsa Qənbər harada gizləniblər.Ölkənin müxalifəti yalnız MŞ və AXCP-dir? N...

YAPçı 2019-10-31 16:42:23

Yürüşə can atan MŞ və AXCP Görəsən, nədən İqtisadi Vəziyyət və Siyasi-Hərbi(Qarabağ) işğaldan azadlıq üzrə öz tələb və petisiya tezislərini geniş mətbuata buraxmırlar?

Son yazılar