İŞİD Fransa vətəndaşını oğurladı

"İraq Şam İslam Dövləti” terror təşkilatına bağlı silahlılar Fransa vətəndaşını qaçırıblar. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, internetdə Əlcəzairdə oğuranan Fransa vətəndaşının videosu yayılıb. O, Fransa prezidenti Fransua Ollanddan İraqda silahlılara qarşı hərbi əməliyyata qoçulmamağı xahiş edir.

Erv Pyer Qurdel adlı 51 yaşlı kişi bildirib ki, dentyanrın 20-də Əlcəzairə gedib və səhəri gün qaçırılıb.

“Mən Əlcəzairin “Jund al-Khalifa” qruplaşmasının əlindəyəm. Onlar sizdən (Fransa prezidentindən) İraqın işlərinə qarışmamağı xahiş edirlər. Onlar məni girov kimi saxlayırlar. Cənab prezidetnt, mən də sizdən xahiş edirəm ki, bu çətin vəziyyətdən qurtulmağım üçün mümkün olan hər şeyi edəsiniz”, - o, bəyan edib.

Fransa XİN videonun həqiqiliyini hələlik təsdiqləməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar