"ETİMADI DOĞRULTMASANIZ, SİZİ CƏZALANDIRACAM..." - Prezident gənc icra başçılarına + VİDEO

"İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

"Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir. Ona görə hər kəs bilsin ki, mən bu kampaniyaya yol verə bilmərəm. Müəyyən dərəcədə xidmət göstərmiş insanlar, əlbəttə ki, dövlət tərəfindən də qiymətləndirilir və biz kampaniyaya yol verməyəcəyik. Eyni zamanda, təbii ki, gəncləşmə prosesi getməlidir və burada söhbət təkcə yaşda deyil, təfəkkürdədir, işə yanaşmadadır. Siz indi mənim təyin etdiyim kadrlar kimi, elə işləməlisiniz ki, həm Yevlax camaatı, həm Xaçmaz camaatı minnətdarlıq bildirsin. Əgər siz bu etimadı doğrultmasanız mən sizi işdən çıxaracağam və cəzalandıracağam".

635x100

Şərhlər

Abbasəli 2019-12-01 18:18:43

İcra başçılarının cəzası yerdəyişmədir.Gedin əvvəlkilərdən öyrənin necə işləyiblər.

Cəmşid Dərələyəzli 2019-10-31 19:50:16

Cənab Prezident çox xoş. Sizin bu kadr islahatlarınız dəstəklənir. Lakin yenilər köhnələrin davranışını təkrarlamamalı, gəlişləri ilə sizin qarşıya qoymuş olduğuniuz hədəflərdə xalqla birlikdə ulaşmanı təmin etməlidirlər. İlk növbədə oturduqları makamların qapılarını xalqın üzünə açıq qoymalıdırlar. Bölgələrdə xalqın məşqulluğuna sərmayə qoymaq istəyən iş adamlarına münbit şərait yardıb, aidiyyatı olmayan qurumların onlara əl uzatmasına, müdaxilə etməsinə imkan verməməlidirlər.Yaxşı olardı bölgələrdə iş adamları ilə görüşlərə öz köməkçiləri ilə tək qatılsınlar.Çünki, Başçı ətrafında aidiyyatı olmayan yerli qurumların rəhbərlərini əyləşdirəndə onunla görüşə gələnlər özlərini azad hiss etmirlər və bu nədən də düşüncələrini çatdırmaqda cəsarət etmirlər.

Son yazılar