Türkiyə məktəblərində də hicab qadağası ləğv edildi

Türkiyədə uzun illər boyu mövcud olan orta məktəblərdə baş örtüsü qadağası AKP iqtidarı tərəfindən aradan qaldırıldı. Nazirlər Şurasının toplantısından sonra, baş nazirin müavini Bülənt Arınc açıqlayıb.

"Təhsil Nazirliyinə bağlı məktəblərdə şagirdlərin geyimlərinə dair qanunun 4-cü maddəsinin birinci hissəsinin E bəndində yer alan "başı açıq" sözü və eyni bəndin son cümləsi aradan qaldırıldı.

Sabah və sonrakı gün bu haqda əlavə xəbərlər yayılacaq. Bunula da orta məktəblərdə baş örtüsü qadağası aradan götürüldü. İnşallah şagirdlərimiz üçün, xeyrli olmacaq".

Qeyd edək ki, illər öncə, AKP hakimiyyəti bu təklifi versə də , müxalif partiyalar tərəfindən bu təklif böyük təpki ilə qarşılanmış və "Atatürk ideyalarına" sayğısızlıq sayılmışdı. Hazırda güclü olan AKP iqtidarı heç bir maneə ilə qarşılaşmadan qanunu dəyişdirə bildi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar