"BSU-nun rəhbərləri vəzifədən azad edilsin" - Ağır cinayətə bərabər olan hərəkətlərinə görə

Döyüşçülər Azərbaycan xalqının qatili Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi

“20 Yanvar“ İctimai Birliyi, “Qarabağ Qaziləri“ İctimai Birliyi, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Təxris Olunmuş Hərbçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı Bakı Slavyan Universitetində əli Azərbaycan xalqının qanına batmış Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunan tədbirlərin keçirilməsinə etiraz olaraq birgə bəyanat verib.

Bəyanatda deyilir: “Bakı Slavyan Universiteti Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə birlikdə 1990-cı ilin 20 yanvar hadisələrinin təşkilatçılarından və icraçılarından biri olan Yevgeni Primakovun anadan olmasının 90 illiyi ilə əlaqədar olaraq esse müsabiqə keçirib. Oktyabrın 15-də esse müsabiqənin qaliblərinə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində diplomlar təqdim olunub. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən əlləri xalqımızın qanına bulaşmış qatilin - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi də keçirilib. 20 Yanvar hadisələri zamanı və ondan sonrakı günlərdə 150 nəfərin şəhid olmasının, 744 nəfərin yaralanaraq əlil olmasının, 2 mindən çox vətəndaşımızın həbs olunaraq təzyiqlərə məruz qalmasının, əsas təşkilatçılarından biri olan bu cəlladın - Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi Azərbaycan xalqının heysiyyatına və şəhidlərimizin ruhuna qarşı təhqirdir. 20 Yanvar, Qarabağ şəhid ailələri və əlilləri adından müvafiq dövlət qurumlarından tələb edirik:

1.Yevgeni Primakov adlı caninin şərəfinə təşkil olunmuş sərgi dərhal dayandırılsın.

2.Bakı Slavyan Universitetinin rəhbərləri xalqımıza qarşı törətdikləri ağır cinayətə bərabər olan hərəkətlərinə görə təxirə salınmadan tutduqları vəzifədən azad edilsin.

3.Baş verən rəzalətə görə təşkilatçılar vətənin ayrılmaz hissəsi olan Qarabağ uğrunda 20 min şəhid verən Azərbaycan xalqından, o cümlədən 20 Yanvar şəhid ailələrindən və əlillərindən üzr istəsinlər“.

635x100

Şərhlər

Özgür 2019-10-31 20:45:43

Primakov Azərbaycan xalqının düşmənidir. onun anım mərasimini keçirənlər bu millətdən deyil.Bakı Slavyan Universitetinin rektoru nurlananı işdən azad etməyə çağırırıq.

Cavan 2019-10-31 20:45:43

Əgər Azərbaycan xalqına qarşı etdikləri xəyanətdən,şə....ən,sonra adı rüçvətdə,cürbəcür biabırçıləqlarda hallanan Əliyeva Nurlana işdən qovulmasa bizim millət kimi var olmağa haqqımız yoxdur.Hələ Sabir adına kollecin rektoru olarkən bu ya..az insan kasıb-kusubun balalarını rüşvətlə soymaqla məşğul idi.Belə birisinin hansı yollasa cənab prezdentə təqdim edərək vəzifəyə gətirənlər Azərbaycan xalqının düşmənləridir.Əli qanlı primakovun anım mərasimini küçirməklə cənab Prezdent sizə xəyanət edirlər.

t.ədalət 2019-10-31 20:45:43

Hörmətli "Azpolitika.info"!Mən, əvvəlki şərhimdə BSU-nu Dillər Universiteti ilə səhv salmışam.Şuşaya gedənlər arasındakı Dillər Universitetinin rektoru Kamal Abdulla idi.Xahiş edirəm,üzürlü hesab edəsiniz!

t.ədalət 2019-10-31 20:45:43

Şəhidlərin sayı iyirmi min yox,dəfələrlə artıqdır.BSU-nun rektoru,yadınızdadırsa,Azad Rəhimov və Polad Bülbüloğlu ilə erməni tərəfə birbaşa Şuşadan daxil oldular.ermənilər hər adamı işğal etdikləri əraziyə buraxmırlar.O ki qaldı primakova,görünür,hakimiyyət məsləhət bilib.Axı,onların mürəbbisi olub..

Son yazılar