Neftçalada “NİVA” körpüdən çaya düşüb

Bu gün günorta saatlarında Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, rayonun Yuxarı Qaramanlı sakininin idarə etdiyi “Chevrolet Niva” markalı avtomaşının idarəetməsini itirərək, Kür Qarabucaq kəndi ərazisində Kür çayı üzərindəki körpünün dəmir barmaqlıqlarını qırıb suya düşdü.

Hadisə yerinə gəlmiş FHN-nin texnikası və əməkdaşları tərəfindən suda batan avtomaşının salonuna baxış keçirilərkən sürücü və sərnişin aşkar edilməyib. Sonradan məlum olub ki, avtomaşında olan sürücü və sərnişin xəsarət almadan suya düşən maşından çıxa biliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar