ABŞ Türkiyəni şantaj edir, Azərbaycanın “qərbyönümlü” siyasətçiləri susur – Rəzalət

Xəbər verildiyi kimi, oktyabrın 30-da ABŞ Nümayəndələr Palatasında 1915-ci ildə Osmanlı İmperiyasında baş verən faciəvi hadisələrin ermənilərinin "soyqırım"ı kimi tanınması ilə bağlı qərar səsverməyə çıxarılıb. Bu sənəd həm Demokratik, həm də Respublikaçı partiyaların nüfuzlu nümayəndələri tərəfindən dəstəklənib.

Türkiyənin Rusiyadan S400 raket kompleksi almaq qərarından sonra gərginləşən ABŞ-Türkiyə münasibətləri, Türk ordusunun Suriyanın şimalına müdaxiləsindən sonra yenidən sınağa çəkilib. Prezident Tramp başda olmaqla, ABŞ rəhbərləri Türkiyəni açıq mətnlə hədələməkdən çəkinməsələr də, Tükiyə dövləti geri çəkilmədi. Əksinə, sonda ABŞ Türkiyə dövləti ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı. Belə bir məqamda “erməni soyqırımı” şantajının yenidən gündəmə gətirilməsi, Nümayəndələr Palatasında yekdilliklə qəbul edilməsi, şübhəsiz ki, erməni faktorundan istifadə edərək, Türkiyədən qisas almaq cəhdidir.

Türkiyə rəhbərliyi və xalqı bu şantaja da boyun əymir və əyməyəcək. Buna şübhə yoxdur. Bizi düşündürən erməni kartı üzərindən Türkiyənin şantaj olunması cəhdininə Azərbaycan cəmiyyətinin, siyasi qüvvələrinin səssiz qalmasıdır. Xarici İşlər Nazirliyinin (XİN) bir bəyanatı istisna olmaqla, Azərbaycan cəmiyyətdindən, siyasətindən ABŞ-ın erməni kartı üzərindən Türkiyəni şantaj etməsi cəhdinə qətiyyətli etiraz eşidilmədi.

Xüsusən də siyasi partiyaların, başda Milli Şura, AXCP, Müsavat və başqaları olmaqla, bütün gününü canlı yayımlarda keçirən rəhbərlərinin susqunluğu sual doğurur. Belə çıxır ki, özlərini qərbyönümlü təşkilat elan edən bu partiyalar ABŞ-ın Bakıdakı səfirliyinin “xətrinə dəyməmək” yolunu tutublar və Türkiyənin ABŞ tərəfindən şantaj olunması cəhdini görməzdən gəlirlər. Belə olmasaydı, quru bir bəyanat verər, ABŞ-ın Türkiyə əleyhinə bu ədalətsiz qərarını pisləyərdilər...

635x100

Şərhlər

ABŞ Səfirinə 2019-10-31 20:41:48

Dünyəvi saydığım tək dövlət-ABŞ qurumlarının daha yaxın zamanda-son 30 ildə Ermənistanda asayişinin öz türk-azərbaycanlı vətəndaşlarına qarşı genosidinə, DQMV və ətraf rayonlarda azərbaycanlılara qarşı törədilmiş hərbi genosid cinayətini müzakirə və mühakimə etməsi daha önəmli və faydalı olmazdımı?

Son yazılar