İraq Prezidenti növbədənkənar seçkilərə razılıq verdi

İraq Prezidenti Barham Saleh seçkilər haqqında yeni qanuna əsasən vaxtından əvvəl seçkilərin keçirilməsinə razılıq verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə Prezident keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Baş Nazir Adil Əbdulmehdi istefaya getməyə razılıq verib: “Mən respublikanın Prezidenti kimi, yeni seçki qanunu üzrə növbədənkənar seçkilərə razıyam”.

Qeyd edək ki, İraqda bir müddətdir hökumət əleyhinə aksiyalar keçirilir. Aksiyaçılar həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefasını tələb edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar