İsrail hərbçiləri fələstinli deputatı həbs ediblər

 

İsrail ordusunun əsgərləri bu gün səhər Fələstin milli azadlıq cəbhəsi fraksiyasından deputat Xalid Cararı həbs edib.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu barədə təşkilatın mərkəzi komitəsinin üzvü Mahir Məzhər məlumat yayıb.

Onun sözlərinə görə, İsrail ordusu səhər saatlarında Fələstin azadlıq cəbhəsinə qarşı reyd keçirərək onlarla üzvü həbs edib.

Bu, Xalid Cararın ilk tutulması deyil. Sonuncu dəfə o, 20 ay inzibati həbs cəzasına məhkum olunub. İsrail qanunlarına görə, inzibati həbs praktikası şübhəlini heç bir ittiham irəli sürmədən uzun müddət təcridxanada saxlamağa imkan verir.

Qeyd olunur ki, Fələstin təşkilatı xalqı 1917-ci ilin noyabr ayının 2-də “Balfur bəyannaməsi” deyilən sənədin imzalanmasının ildönümünə etiraz etmək üçün kütləvi aksiyalara çağırırmış.

Həmin vaxt Böyük Britaniyanın xarici işlər naziri sayılan lord Artur Balfur ilk dəfə Fələstində “yəhudi xalqının milli ocağı”nın yaraıdlması fikrini irəli sürüb. Bir çox ekspertlərin fikrincə, əslində bununla rəsmi London Yaxın Şərqə müdaxilə imkanı əldə etmək istəyib. Bəhs olunan sənəd İsrail dövlətinin yaradılması uğrunda ilk addımlardan sayılır.

1914-1918-ci illərdə Böyük Britaniya Fələstini Osmanlı dövlətindən qopararaq işğal edib və 1920-ci ildə San-Remo konfransında həmin torpaqlar üzərində mandat hüququ qazanıb.

Nəhayət, 1948-ci ildə BMT Baş Assambleyası Fələstin toraqlarında iki dövlətin yaradılması haqqında qətnamə çıxarıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar