"Azərsu" Babək prospektində qazıntı işlərinin aparılacağı barədə xəbəri təkzib edib

"Azərsu" ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Facebook" səhifəsində yazıb.

"Bu gün sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM - İctimai radioda Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. Rəsmi olaraq bildirirk ki, bu, yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur", - deyə A.Cəbrayıllı bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar