Messi 3 aylıq fasilədən sonra yenidən millidə

Argentina millisinin heyəti açıqlanıb.

Qol.az yerli federasiyanın saytına istinadla xəbər verir ki, komandanın kapitanı Lionel Messi də üç aylıq fasilədən sonra yığmaya dəvət alıb.

Cənubi Amerikanın Futbol Federasiyası “Barselona”nın hücumçusunu avqust ayında üç aylıq cəzalandırmışdı. Buna səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını korrupsiyada ittiham etməsi olub.

Qeyd edək ki, Argentina yığması noyabr ayında Braziliya və Uruqvayla yoldaşlıq oyunu keçirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar