Trampa qarşı impiçment proseduru rəsmən başladı

ABŞ Nümayəndələr palatası prezident Donald Trampa qarşı impiçment prosedurunun başlaması barədə qətnamə qəbul edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat yayıb.

Qətnaməyə 232 konqresmen lehinə, 196-sı isə əleyhinə səs verib. Əleyhinə olanlar içində 194 respublikaçı, 2 demokrat deputat var.

Sənəddə Konqresin 6 komitəsinə, xüsusilə də, xarici işlər və kəşfiyyat komitələrinə demokratlar tərəfindən başladılan təhqiqatı davam etdirmək tapşırığı yer alıb.

Burada prezidentin vaxtında öncə istefaya göndərilməsi üçün əsaslar araşdırılmalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar